Yuxarı

Müxaliflər PA-ya görüşə çağırılır: Ölkədə nə dəyişir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müxaliflər PA-ya görüşə çağırılır: Ölkədə nə dəyişir?

Ötən gündən başlayaraq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bir sıra müxalif liderlə təkbətək görüşüb.

Axar.az xəbər verir ki, Ə.Vəliyevin Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, REAL sədri İlqar Məmmədov, BQP sədri Fazil Mustafa və Müsavat Partiyası başqanı Arif Hacılı ilə görüşü baş tutub.

Görüşlər ictimai marağa səbəb olub. iqtidar-müxalifət dialoqunun yeni mərhələsi kimi diqqət çəkən bu təkbətək dialoqların hədəfi nədir və hansı dəyişikliklə müşayiət oluna bilər?

Məsələ ilə bağlı Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərli Modern.az-a danışıb.

“Biz dialoq ortamının yaranması, ölkədə yaranmış gərginliyin normal reyslər üzərində aparılması ilə bağlı Prezident Administrasiyasının addımlarını görürük. Əslində bu cür addımlar normaldır, iqtidarla müxalifət düşmən deyillər. Çox təəssüf ki, sosial şəbəkələrdə bununla bağlı neqativ fikirlər səsləndirilir. Mən bütün bunları doğru hesab etmirəm. Bu danışıqların başlanması, təmasların qurulması gələcəkdə Azərbaycanda siyasətin önünü açan, onu mədəni bir müstəviyə otuzduran bir hadisə olacaq. Bu baş verərsə, ölkədə siyasi müstəvinin tamamilə dəyişməsinin şahidi olacağıq. Hesab edirəm ki, bu da çox yaxşı bir göstəricidir”, - o deyib.

Natiq Cəfərli İlqar Məmmədovun görüşünün təfərrüatı haqda bunları deyib:

“Ölkədəki vəziyyətlə, siyasi oyunçuların ümumi durumu ilə bağlı fikir mübadiləsi aparılıb. Düşünürəm ki, bundan sonra bu cür görüşlər davam etdiriləcək. Dağlıq Qarabağ məsələsində işğalçı dövlətə qarşı vahid bir mövqeyin formalaşdırılması ilə bağlı Azərbaycanda iqtidar və müxalifətin mövqeyi eynidir. Problem ondan ibarətdir ki, Azərbaycanda siyasət hələ də institutlaşmayıb. Azərbaycandan güzəştlər tələb olunur. Burda müxalifətin rolu çox güclü ola bilər. Ümid edirəm ki, bu dialoqların nəticəsi yaxın gələcəkdə həm “Siyasi partiyalar haqqında” qanunun dəyişdirilməsini görəcəyik, həm də sivil toplumla bağlı qanunun dəyişməsinin şahidi olacağıq. Vətəndaş cəmiyyəti güclü olarsa, müxalifətin də deməyə sözü, qarşısına qoyacağı arqumentləri olacaq. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan rəhbərliyinə təzyiq etmək mümkünsüz olacaq”.

REAl təmsilçisi onu da vurğulayıb ki, iqtidardan əməli addımlar gözləyirlər:

“Hətta düşünürəm ki, gələcəkdə Konstitusiyanın dəyişdirilməsi ümumi dialoqun predmeti ola bilər. Konstitusiyanın daha da sivilləşdirilməsi, demokratikləşdirlməsi yollarında addımlar da atıla bilər. Ola bilər ki, biz bu ilin sonu yeni bir referendumla qarşılaşaq”.

Tarix
2020.02.29 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

Şövkət Mirziyayev Azərbaycanda sevilir – İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla