"Xocalı soyqırımı həm də
beynəlxalq terror aktıdır".
Axar.az xəbər verir ki, bu açıqlama ilə YAP-ın Beynəlxalq
Əlaqələr Komissiyasının katibi Elman Nəsirov çıxış edib.
Onun sözlərinə görə, terrorçuların əsas hədəfi sağ
qalanlardır:
"Beynəlxalq terrorçuluğun digər cinayət əməllərindən əsas fərqi
ondadır ki, bu prosesdə eyni vaxtda 3 tərəf iştirak edir -
terrorçular, onların qətlə yetirdikləri qurbanları və sağ qalmış
insanlar. Paradoks ondadır ki, terrorçuların əsas hədəfi heç də
öldürdükləri deyil, sağ qalanlardır. Qətllər nə qədər qəddarcasına
olsa, rezonansı daha da böyük olacaq və sağ qalanlar xilas yolunu
canını qaçıb qurtarmaqda görəcəklər. Nəticədə torpaqlar yiyəsiz
qalacaq və işğal aktına "yaşıl işıq" yandırılmış olacaq. Xocalıdan
sonra torpaqlarımızın işğalı bu sxem üzrə həyata keçirilib. Lakin
dünyada başqa bir mistik həqiqət də var: qan heç vaxt yerdə qalmır.
Zombiləşmiş Serj Sarkisyan, onun həyat yoldaşı, 2 qızı və digər
tör-töküntüləri gərək heç vaxt bu reallığı unutmasın".