Yuxarı

Heydər Əliyev kimə mənəviyyatsız demişdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 İyun - Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur.

Bu tarix yaddaşlarda Azərbaycanın dağılmaq təhlükəsi ilə üzbəüz qaldığı 1990-cı illərin əvvəllərində baş vermiş hadisələrlə – xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan böyük Heydər Əliyevin ölkənin, millətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürməsi, uzun illər davam edən gərginliyin, qarşıdurmaların aradan qaldırılması, respublikamızın vətəndaş müharibəsindən, parçalanmadan xilas edilməsi kimi taleyüklü tarixi olaylarla qalıb. Milli Məclisin qərarı ilə bu gün 1997-ci ildən ölkənin rəsmi bayramı elan edilib.

Axar.az xəbər verir ki, bu fikirlər Dövlət Tərcümə Mərkəzinin 15 İyun – Milli Qurtuluş Gününə həsr etdiyi “Ümummilli lider Heydər Əliyev dil, mədəniyyət və mənəviyyat haqqında” sərlövhəli təqdimatında əksini tapıb.

Həmin illər Ümummilli Liderin müxtəlif tədbirlərdə, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərdə səsləndirdiyi fikirlər də zamanın sınağıyla öz dəyərini, aktuallığını qoruyub saxlayıb.

İllərdən bəri yaddaşlara həkk olunmuş və artıq aforizmə çevrilmiş həmin fikirlərdən bəzilərini təqdim edirik:

***

Vətənpərvərlik insanın daxili duyğusudur. Əgər bu duyğu yoxdursa, o insan mənəviyyatsızdır.

***

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən – onun dilidir!

***

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir!

***

Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur!

***

Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan mənəviyyatsız adamlar cəmiyyətdə heç bir şeydirlər.

***

Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.

***

Kim ki biliyindən, bacarığından artıq iddialıdır, o, həmişə məğlub olur.

***

Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır.

***

Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.

***

Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!

***

Ağıl olan yerdə zora ehtiyac yoxdur.

***

Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən alisi mədəniyyətdir!

***

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

***

Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.

***

Xalq gərək daim öz kökünü xatırlasın.

***

Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək ədalətsizlikdən də betərdir.

***

Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.

***

İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır.

***

Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz.

***

Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.

***

Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır.

Tarix
2020.06.15 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniyada “Alman Tramp” hakimiyyətə gəldi

Paşinyan söz verib, etməsə, savaş olacaq - Vardanyan

23 fevral “ölüb”, “qırxı” və “ili” də çıxıb – Anlayın!

Mask ABŞ-ın tarixi müttəfiqini təhqir etdi – Nə baş verir?

İlham Əliyev Yohan Eliaşı qəbul etdi

İlham Əliyev 3 ölkənin liderlərini təbrik etdi

Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan

Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb

“Yumşaq güc” reytinqi açıqlandı: Azərbaycan neçəncidir?

5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla