Yuxarı

Vəliyevin görüşdə işlətdiyi bu ifadə... – Fazil Mustafa

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ mart ayında Milli Məclis yenidən formalaşanda Ədalət Vəliyevin təşəbbüsü ilə belə bir görüş keçirilmişdi və orada siyasi partiyaların parlamentdə fəaliyyətinin daha da genişlənməsi və aktivləşməsi məsələləri müzakirə olunmuşdu.

Bu sözləri Axar.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisində təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələrinin iyulun 7-də videokonfrans formatında görüşü haqda danışarkən deyib.

F.Mustafa qeyd edib ki, Prezident Administrasiyasının şöbə müdiri Ə.Vəliyev dialoq çağırışına cavab verən bütün partiya rəhbərləri və ya təmsilçiləri ilə bu vaxta qədər ayrı-ayrılıqda görüşərək, həm onların problemləri, həm də ölkənin aktual məsələlərinə münasibətləri barədə müzakirə aparıb:

“Ə.Vəliyev görüşdə bir maraqlı məqama diqqət çəkdi ki, sonuncu siyasi partiya Azərbaycanda 2011-ci ildə qeydə alınmışdı. Lakin bu ilin son üç ayında 7 partiyanın qeydə alınması özlüyündə dialoqun konkret nəticələrindən sayıla bilər. Digər tərəfdən, ötən müddətdə Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin parlament rəhbərliyində, komitə sədri və komitə sədrinin müavini vəzifələrində təmsil olunması da məhz bu dialoq prosesinin nəticəsində mümkün olmuşdu. Partiyaların bir siyasi orqanizm kimi proseslərdə aktiv rol ala bilməməsi daha çox onların rəhbərlərinin fərdi fəaliyyətinin qabarıq olması ilə bağlıdır. Düşünürəm, parlamentdə “Siyasi müxalifət haqqında” Qanunun qəbul olunmaması da partiyaların inkişafına mənfi təsir göstərir. Qanunvericiliyin tələblərinə görə, daha çox “parlament azlığı” ifadəsi populyardır. Bu isə siyasi baxımdan natamamlıq yaradır. Çünki burada mandat qazanmış 8 partiyadan bir neçəsi iqtidaryönlü olduğunu bəyan edib, haradasa 4 partiya müxalifət partiyası olduğunu bildirib. Belə bir durumda iki siyasi terminin gündəmə gətirilməsi siyasi müxalifətin çərçivəsinin müəyyənləşdirilməsi baxımından önəmlidir: parlament müxalifəti və parlamentdənkənar müxalifət. Bu müddəalar qanunvericilikdə öz əksini tapmalı və siyasi partiyaların fəaliyyəti də bu çərçivə qanunu ilə tənzimlənməlidir. Düşünürəm, bu formatda görüşlərin davam etməsi, ölkə həyatının aktual mövzularının siyasi partiyalarla birgə platformada müzakirə edilməsi vacib addımdır. Ümumilikdə bu kimi görüş və müzakirələrin Prezident tərəfindən dəstəklənməsi və orada səslənən təkliflərin xeyli hissəsinin qəbul edilərək real qərarlarda öz əksini tapması çox yaxşı haldır və bu, ölkədə siyasi münasibətlərin keyfiyyətinə öz təsirini mütləq göstərəcək”.

Sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov isə bildirib ki, iqtidar-müxalifət dialoqu dünya təcrübəsində özünə yer etmiş bir vasitədir:

“Dünyanın ən demokratik ölkələrində belə hazırda iqtidar və müxalifət arasında danışıqlar gedir, ölkə üçün həyati məsələlər müzakirə edilir. Yəni bu hal təqdir edilməlidir. Çünki bu gün Azərbaycanda da iqtidar və müxalifət arasında qarşılıqlı fikir mübadiləsi aparılır və uzlaşmağa çalışılır”.

Tarix
2020.07.09 / 14:07
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla