Yuxarı

Ali Baş Komandanın əmrini gözləyin - Oqtay Əsədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali Baş Komandanın əmrini gözləyin - Oqtay Əsədov

Bugünlərdə paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəkliyinin göstəricisidir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Oqtay Əsədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhu həmişə yüksək olub, xalq Orduya hər zaman dəstək olub:

“Bütün bunlar kimliyindən asılı olmayaraq, hər kəsi qürurlandırır. Hər birimiz əminik ki, Prezidentin rəhbərliyi altında ordumuz düşmənin provokasiyalarına qarşı lazımi addımları atır və bundan sonra da atacaq.Ancaq təəssüf hissi ilə bildirmək istəyirəm ki, kimlərsə həmin aksiyadan sui-istifadə etmək istəyib. Belə ki, bəziləri məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhd göstərib. Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə, inventarına (dövlət əmlakına) ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb. Şəhid oğullarımızın hələ torpağa tapşırılmadığı bir vaxtda belə təxribatçı addımın atılmasını pisləyirəm. Hesab edirəm ki, təxribat törədənlər xalq və qanun qarşısında cavab verəcək!

Deputat hər kəsi, xüsusilə gəncləri bu cür təxribatçı addımlara uymamağa, dövlətimizin yanında olmağa, Ali Baş Komandanın əmrini gözləməyə çağırıb:

“İnanıram ki, hər birimiz sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər edəcək, Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək düşmənə qarşı milli birlik, həmrəylik nümayiş etdirəcəyik”.

Tarix
2020.07.16 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla