Yuxarı

Xəzinədarlıq İdarəsinin yeni binası açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzinədarlıq İdarəsinin yeni binası açıldı

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 6 saylı Xəzinədarlıq İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən maliyyə naziri Samir Şərifov açılış lentini kəsərək inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olub.

Bildirilib ki, müasir standartlara uyğun inşa olunan inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada bütün otaqlar kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilib ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin kefiyyətini və operativliyini artırır. Qeyd olunub ki, 6 saylı Xəzinədarlıq İdarəsi qırxadək büdcə təşkilatlarına xidmət göstərir.

Açılış mərasimində çıxış edən nazir Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkə miqyasında aparılan böyük tikinti-quruculuq işləri bütün sahələri əhatə edir. Nazir qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda, nazirliyin tabeliyində olan qurumların müstəqil inzibati binalarla təmin olunması istiqamətində ciddi işlər görülüb.

Kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edən S.Şərifov əmin olduğunu bildirib ki, öz növbəsində, idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər. ("Anspress.com")

Tarix
2013.12.23 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

Prezident Mayk Sisiliya ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla