Yuxarı

ƏTİ Qarabağla bağlı bu təşkilatlara müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ƏTİ Qarabağla bağlı bu təşkilatlara müraciət etdi

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO PA və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Qurumun Axar.az-a təqdim etdiyi 40 təşkilatın imzası ilə təsdiq olunmuş müraciətində deyilir: “2020-ci il sentyabrın 27-də də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud surətdə pozaraq Azərbaycanın işğal altında ərazilərində yerləşən mövqelərindən yeni ərazilərin işğalını məqsəd tutaraq ağır artilleriya silahlarından Azərbaycan silahlı qüvvələrinin mövqelərini, cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi atəşə tutmüşdur. Nəticədə mülki şəxslərimiz, hərbi qulluqçularımız arasında həlak olanlar və yaralananlar var. Mülki əhalinin yaşayış sahələrinə, mülkiyyətinə, təsərrüfata ciddi ziyan vurulub.

Azərbaycan Ordusu düşmənə cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir, öz ərazilərində suveren hüquqlarını bərpa edir, təmas xəttini mülki əhalinin məskunlaşdığı yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görür.

Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq artıq 30 ilə yaxındır Azərbaycanın 20 faiz ərazisini işğalı altında saxlayır. Bu işğal nəticəsində bir milyon insan öz döğma yerlərindən qaçqın və məcburi köçkün düşmüş, çoxsaylı insanlar vəhşicəsinə öldürülmüş, yaralanmış, maddi və mənəvi dəyərlər məhv edilmiş və talan olunmuşdur.

Əfsuslar olsun ki, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar beynəlxalq hüquq normaların təmin olunmasına, işğalçı dövlətin cəzalandırılmasına nail ola bilmirlər.

Biz Azərbaycanın əlilliyi olan şəxslərin təşkilatları olaraq beynəlxalq ictimaiyyəti, Birləşmiş Millətlər təşkilatını, Avropa İttifaqını, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatını, Avropa Şurasını, beynəlxalq təşkilatları təcavüzün pislənməsinə, işğalın dayandırılmasına, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün səylərin və fəaliyyətlərin artırılmasına çağırırıq”.

Tarix
2020.10.01 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla