Yuxarı

Qafqazda yeni terror yuvası: hərəkətə keçməliyik - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqazda yeni terror yuvası: hərəkətə keçməliyik - Şərh

Digər ölkələrdə həyata keçirilən əməliyyatlara muzdluların cəlb edilməsi faktı beynəlxalq qanuna zidd hərəkətdir. Bu gün Ermənistan beynəlxalq hüququn bütün normalarını kobud şəkildə pozur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistanın müxtəlif ölkələrdə mövcud olan erməni əsilli şəxsləri, habelə muzdluları orduya cəlb etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan başda PKK olmaqla, regiona bu və digər formada bir sıra terror təşkilatlarını dəvət edir:

“Təəssüf ki, terrorla mübarizə apardığını deyən bir sıra ölkələr də buna göz yumur. Düşünürəm ki, biz həmin ölkələrə müraciət edərək, rəsmi İrəvanın regionu terror təşkilatları üçün yeni yuva halına gətirməsinin qarşısını almalıyıq. Cənubi Qafqaz heç bir halda Yaxın Şərqin taleyini yaşamamalıdır. Bunun qarşısını almaq isə ilk növbədə region ölkələrinin borcudur. Bu gün Azərbaycan antiterror əməliyyatlarına start verib. Düşünürəm, digər region ölkələri də ən azından milli maraqları və regionun gələcəyini düşünərək, Ermənistanın bu kimi addımlarının qarşısını almaq üçün Azərbaycanla birlikdə hərəkət etməlidirlər”.

Tarix
2020.10.16 / 17:57
Müəllif
Turan, Xədicə
Digər xəbərlər

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla