Yuxarı

“Əjdər Tağızadə qərəzindən əl çəksin”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DAK indiyədək bir neçə dəfə parçalanıb. Bu illər ərzində təşkilata daxil olan və ayrılan çox insanlar olub. Təəssüf ki, bu şəxslərin çoxu qurumdan uzaqlaşandan sonra təşkilat haqqında həqiqətə uyğun olmayan informasiyalar yayıblar".

Axar.az xəbər verir ki, bu sözlər DAK mətbuat xidmətinin Daimi Şuranın keçmiş sədri Əjdər Tağızadənin media açıqlamasına cavab olaraq yaydığı bəyanatında əksini tapıb. Bəyanatda bildirilir:

"Dünya Azərbaycanlıları Konqresi (DAK) bu il aprelin 18-də Türkiyənin İstanbul şəhərində XIII qurultayını keçirib. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərvizniya növbəti müddətə yenidən qurumun həmsədrləri seçilmişlər. 21 nəfər İdarə Heyətinə, 5 nəfər NTK-ya üzv seçilib. Son tədbirdə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə mandatını təhvil verərək İdarə Heyətinin üzvlüyündən və Daimi Şuradan çıxıb. Artıq təşkilatda fəaliyyət göstərmir.

Seçkilərdə mandata sahib olan 130 nəfər qurultay nümayəndəsi iştirak edirdi. Səsverməyə qatılan insanlar yetkin və müstəqil şəxslərdir, onları seçkilərdə kimsə nəyəsə məcbur edə bilməzdi. 1997-ci ildən fəaliyyət göstərən DAK indiyədək bir neçə dəfə parçalanıb. Bu illər ərzində təşkilata daxil olan və ayrılan çox insanlar olub. Təəssüf ki, bu şəxslərin çoxu qurumdan uzaqlaşandan sonra təşkilat haqqında həqiqətə uyğun olmayan informasiyalar yayıblar. Əjdər Tağızadə də ötən gün mətbuatda DAK və S.Rüstəmxanlı ilə bağlı birtərəfli və qərəzli açıqlama verib. İrəli sürülən əsassız ittihamların çoxuna elə elektron mediada asanlıqla cavab tapmaq olar. İndiyədək keçirdiyimiz tədbirlər, toplantılarla bağlı xəbərlər internet resurslarında yerləşdirilmişdir.

Ə.Tağızadə iddia edir ki, guya DAK-da cəmi 3 güneyli var. Qalanları isə Güney məsələsindən xəbərsiz, bu məsələdə heç bir xidməti olmayan təsadüfi şəxslərdir. Nəzərinizə çatdırırıq ki, İdarə Heyətinin 21 üzvündən 7-si - Firudin Pərvizniya (həmsədr), Babək Muğanlı (DAK-ın Güney Azərbaycan nümayəndəliyinin başçısı), Nurəddin Qərəvi ("Ana Dili" dərgisinin baş redaktoru), Eldar Qaradağlı (DAK-ın Avropa təmsilçisi), Ağrı Qaradağlı (GAMOH başqanının müavini), Həcər Koç (Avstraliya dərnək başqanı), Babək Tağızadə (dərnək başqanı, Əjdər Tağızadənin oğludur – red.) güneyli soydaşlarımızdır. DAK-ın dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə güneyli üzvü var.

Qeyd edək ki, uzun illər quruma rəhbərlik edən 3 şəxsdən də ikisi (F.Pərvizniya və Ə.Tağızadə) Güney Azərbaycandan olmuşdur. Güneyli tələbələr və mühacirlər daim qurumla əlaqə saxlayır, problemləri ilə bağlı S.Rüstəmxanlıya müraciət edirlər. Onların təhlükəsizliyini nəzərə alaraq, adlarını açıqlamırıq.

Ə.Tağızadə son qurultayda keçirilən seçkiləri "şou" adlandırır. Əgər belə idisə, nə üçün tədbirdə, yaxud da dərhal sonra belə bir açıqlama yaymadı? Qurultaydan 20 gün sonra ittihamlar irəli sürülməsi düşünülmüş qərəzdən xəbər verir.

Qurultaydan sonra Ə.Tağızadə DAK-ın Bakı ofisində S.Rüstəmxanlı ilə görüşüb, qurumla sağollaşıb. İrad və etirazlarını o zaman niyə dilə gətirmirdi? Əgər DAK-ın fəaliyyəti qane etmirdisə, niyə 20 gün öncəyədək təşkilatın rəhbərliyində qalmışdı? İllər ərzində etirazını nə üçün bildirməyib və susub?

Güney Azərbaycan DAK üçün prioritet məsələlərdən biridir. Dəfələrlə S.Rüstəmxanlı Güney problemini beynəlxalq qurumlarda, Milli Məclisdə və əli çatan digər kürsülərdə səsləndirib. İddia edildiyinə görə, guya Sabir Rüstəmxanlı DAK-ın fəaliyyətinin İrana qarşı olmadığını deyib. Halbuki çıxış mətni fərqlidir. Həmsədr mətbuat konfransında qeyd edib ki, nizamnaməyə görə, DAK ancaq İranla mübarizə təşkilatı deyil. Yəni Güneylə yanaşı, başqa istiqamətlərdə də fəaliyyəti var. Unutmaq olmaz ki, DAK diaspor təşkilatıdır və tək güneyliləri deyil, dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı təmsil edir.

Konqres İrandakı fars şovinist rejiminin 35 milyondan çox soydaşımıza qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, orada insan haqlarının pozulması, qurumaqda olan Urmiya gölü ilə bağlı dəfələrdə bəyanat yayıb. DAK-ın elə bir tədbiri olmayıb ki, orada Güneylə bağlı çıxışlar olmasın. Güney Azərbaycandakı son durum adı ilə dəfələrlə "dəyirmi masa"lar, simpoziumlar keçirilib. Hətta bu tədbirlərin bir neçəsi ilə bağlı İran Azərbaycana nota göndərib. Məsələ ilə bağlı DAK-ın 2013-cü il avqustun 22-də keçirdiyi mətbuat konfransında elə Ə.Tağızadə özü bu barədə mətbuata açıqlama verib. Fəaliyyəti olmayan bir təşkilata görə nota verilərmi? Bundan əlavə isə son bir ildə DAK çərçivəsində Strateji Araşdırma Mərkəzi (SAM) fəaliyyət göstərir. Güney Azərbaycanda vəziyyətlə bağlı aylıq hesabat hazırlanır və digər çalışmalar edilir ki, bu işlərin yükümlüləri də Quzeylə bərabər, həm də Güneyli olan aydınlarımızdır.

DAK olaraq Ə.Tağızadənin ittihamlarını əsassız sayır, onun bir zamanlar müqəddəs adlandırdığı təşkilata qarşı böhtandan çəkinməyə dəvət edirik. Uzun illər birgə fəaliyyət göstərdiyi şəxslər və təşkilat haqqında yalan informasiyalar yaymağın heç kimə faydası və xeyri yoxdur. Bu cür xoşagəlməz addımlar ən azı uzunillik əməkdaşlığa yaraşmaz".

Tarix
2015.05.08 / 22:03
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla