Yuxarı

Ermənilər burdan hücum gözləyirdi, Bakı isə... - Korotçenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər burdan hücum gözləyirdi, Bakı isə... - Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların yalnız partizan əməliyyatlarında az-çox səmərəli iştirak etməsinə imkan verir. Buna görə də onlar Azərbaycana gərək deyildilər.

Axar.az xəbər verir ki, bunu “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko "Vzqlyad"a müsahibəsində deyib.

Ekspert vurğulayıb ki, guya birinci olaraq hücuma keçən suriyalı döyüşçülərin özlərini güllə qabağına atması - erməni təbliğatının uydurmasıdır.

İ.Korotçenko İkinci Qarabağ müharibəsindəki itkilər barədə Bakının məlumatına şübhə etmir:

“Müharibə başa çatıb və bu rəqəmləri gizlətmək Azərbaycana artıq gərək deyil. Əgər müharibənin xüsusiyyətini, istifadə olunan silah-sursatı nəzərə alsaq, itkilər çox aşağı olub. Təkcə mən yox, hərbi sahə üzrə olan başqa mütəxəssislər də təəccübləniblər ki, Azərbaycan tərəfi bu qədər az itkilər hesabına qələbəyə nail olub”.

Onun fikrincə, Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qoruması bir neçə amil sayəsində mümkün olub. Birincisi, Bakı ən müasir silahlanma növlərindən, xüsusən zərbə pilotsuz uçuş aparatlarından fəal istifadə edib. Onların sayəsində Azərbaycan Ordusu əvvəlcə ermənilərin müdafiə xəttinə şiddətli və yüksəkdəqiqlikli artilleriya və hava zərbələri endirib, yalnız bundan sonra piyada bölmələri döyüşə qoşulub. İkinci, strateji amil isə əsas zərbənin istiqamətinin uğurla seçilməsidir.

“Ermənilər gözləyirdilər ki, əsas zərbə mərkəzdə, Ağdam şəhəri istiqamətində, yaxud da birbaşa bütün təmas xətti boyunca endiriləcək. Azərbaycan əsas zərbəni cənubda endirdi, orada müdafiə xəttini yardı və dayanmadan irəliyə - şimala doğru, Şuşa şəhərinə çatanadək hücuma keçdi. Şuşanın süqutundan sonra isə, məlum olduğu kimi, tərəflər Rusiyanın vasitəçiliyi ilə döyüş əməliyyatlarının dayandırılması barədə razılığa gəldilər”.

Tarix
2020.12.04 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla