Yuxarı

Ermənistanın Gömrük İttifaqına daxil olmasına etiraz - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın Gömrük İttifaqına daxil olmasına etiraz - Rəsmi

Ermənistan silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayınca və ölkəmizin ərazi bütövlüyü bərpa olunmayınca bu dövlətin Gömrük İttifaqına daxil olmasına Azərbaycan rəsmi şəkildə etiraz edir.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir.

Şöbə müdirinin fikrinə görə, Ermənistanın Dağlıq Qarabağı və ətraf yeddi rayonu zəbt edən bir işğalçı dövlət qismində hansısa ittifaqa və yaxud birliyə daxil olması beynəlxalq hüququn prinsiplərinə ziddir: "Hamıya məlumdur ki, BMT-nin, ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunub və birmənalı şəkildə işğalçı dövlətin zəbt etdiyi əraziləri boşaltmaq tələbi ortaya qoyulub. Buna görə də, Ermənistanın Gömrük İttifaqına və yaxud digər bu tipli qurumlara daxil olması yalnız işğal altında olan torpaqlar azad edildikdən sonra baş verə bilər".

Əks təqdirdə, şöbə müdirinin fikrinə görə, Ermənistanın ərazi və sərhədləri hansısa ittifaqa daxil olma məqamında Azərbaycanın pozulmuş ərazi bütövlüyü hesabına beynəlxalq yuridiksiyalarla ziddiyyət təşkil edir: "Bu dövlət ya rəsmi şəkildə işğal olunmuş ərazilərə iddialı olduğunu etiraf etməli, daxil olduğu qurumlar isə bunu qəbul etməlidir, ya da ki, həmin torpaqları geri qaytarmalı və BMT çərçivəsində təsdiq olunmuş əraziləri ilə yeni ittifaqlara üzv olmalıdır"

Tarix
2013.12.27 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla