Yuxarı

Svanların hücumu dəhşətlidir: Tiflis hərəkətə keçməsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Svanların hücumu dəhşətlidir: Tiflis hərəkətə keçməsə...

Dmanisi vaxtilə sırf azərbaycanlıların yaşadığı bir rayon olub. Dağ Borçalının əsas mərkəzlərindən biri idi. Sonradan vətəndaşlarımızın oradan Rusiyaya və Azərbaycana getməsindən istifadə edən gürcülər Dmanisi rayonu və kəndlərinə svanları köçürüblər. Svanlara böyük torpaq sahələri ayrılsa da, onlar bununla kifayətlənmirlər və azərbaycanlıların ərazilərini tutmağa çalışırlar.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Başkeçidə (Dmanisi) köçürülən svanların azərbaycanlılara hücumunu şərh edərkən deyib.

O bildirib ki, svanlar Gürcüstan hökumətinin himayəsindən istifadə edərək azərbaycanlıları sıxışdırıb, bölgədən uzaqlaşdırmağa və onların mülkünü ələ keçirməyə çalışır:

“Bu məsələdə Gürcüstan polisi kifayət qədər aktivlik göstərmir. Hadisələrin mahiyyətini araşdırmaq və bu konfliktin yaranmasının səbəbkarı olan insanları tapmaq əvəzinə, ora toplaşan insanları dağıtmağa çalışır. Gördükləri işlər profilaktiki xarakter daşımır. Bu hadisənin səbəbkarlarını həbs etmək lazımdır. Mən bunları video materiallara baxaraq deyirəm. Bu bölgədə azərbaycanlılara qarşı pis niyyətli insanlar var. Burada ermənilərin və ya müəyyən qonşu dövlətlərdən olan xüsusi xidmətlərin də əli ola bilər.

Azərbaycanın Gürcüstandaki səfirliyinin bölgəyə nümayəndə göndərib-göndərmədiyini bilmirik. Hadisənin məğzini tam aydınlaşdırmaq çətindir, ancaq fakt odur ki, milli zəmində qarşıdurma baş verib. Svanları bu hadisələri törətməyə təşviq edən insanları tapmaq lazımdır. Bu, çox dəhşətli və qorxulu hadisədir”.

Tarix
2021.05.17 / 16:13
Müəllif
Mirvari Əzizova
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla