Yuxarı

AŞPA-da qəbul edilmiş qətnamə ilə bağlı sərt - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA-da qəbul edilmiş qətnamə ilə bağlı sərt - Reaksiya

"Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində 2015-ci il iyunun 23-də qəbul edilmiş "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" barədə qətnamə Azərbaycana qarşı yönəldilmiş qərəzli və əsassız yanaşmanın daha bir nümunəsidir".


APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.


"Ərazisinin Ermənistan Respublikasının təcavüzü nəticəsində işğalına, işğal edilmiş ərazilərdə və elə Ermənistanın özündə etnik təmizlə aparılması nəticəsində doğma yurdlarından qovulmuş bir milyona yaxın qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycanda mövcud olan siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz və fikir azadlığı, o cümlədən çoxsaylı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının fəaliyyətinin təmin olunması göz önündədir. Bütün bunlar hər hansı beynəlxalq təşkilat tərəfindən alqışlanmaq üçün deyil, məhz Azərbaycan xalqının mənafeyi naminə təmin edilib. Belə bir sənədin qəbulu Avropa Şurası və onun Parlament Assambleyası da daxil olmaqla, Avropa təsisatları tərəfindən dinamik inkişafa malik dünyəvi müsəlman ölkələrinin qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür".

Bəyanatda qeyd olunub ki, Azərbaycan dövləti milli maraqlara cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub. "Müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədi ilə qəbul edilmiş hər hansı sənəd isə qəti şəkildə qəbuledilməzdir. Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı AŞ və onun Parlament Assambleyasında iştirakının ölkəyə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə vadar edir".

Tarix
2015.06.25 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

Biz artıq Ermənistanla ticarətə başlamışıq - Prezident

Koştadan İranın Naxçıvana hücumuna - Reaksiya

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Biz buna böyük sərmayə yatırırıq - Prezident

İrandan təxliyə: Koşta Azərbaycana təşəkkür etdi

“Trampın yolu”nu dayandırmaq niyyətimiz yoxdur - Paşinyan

Şarl Mişel: Qlobal Bakı Forumu böyük imkan yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla