Yuxarı

Bakının mərkəzindəki abidə-fontan hara yoxa çıxıb? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Kamil Şahverdi Bakının Fəvvarələr Meydanında vaxtilə açılmış abidə-fontan haqda maraqlı məlumat paylaşıb.

Axar.az xəbər verir ki, K.Şahverdi abidə-fontanın 1990-1991-ci ildə açılışı olduğunu xatırladıb. Deyib ki, abidənin üzərində hər tərəfdən simmetrik olaraq dörd nar həkk olunmuşdu, dahi Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında heykəltaraş Telman və Eldar Zeynalov qardaşları gözəl sənət nümuməsi yaratmışdılar.

Jurnalistin sözlərinə görə, həmin vaxt qaragüruh bu narların “xaça” bənzədiyini iddia edərək, abidənin demontaj olumasını tələb edib. Halbuki 4 nar - Torpaq, Hava, Od, Su - Həyat rəmzi olmasına işarə idi:

“Qaragüruhçular bu izahı eşitmək istəmirdi. Hadisələr getdikcə daha kəskinləşirdi. Onda Zeynalov qardaşları məcbur olub dörd nardan birini kəsib çıxartdılar. Yalniz bundan sonra adidə-fontanın açılışı baş tutdu”.

K.Şahverdi bu əsərin Nizami Gəncəvinin 850 illiyinə hazırlandığını, şəhərin mərkəzində, Nizaminin möhtəşəm heykəlinin 100 metrliyində, Nizami adına Ədəbiyyat Muzeyinin duz yanında böyük mütəfəkkir şairin xatirəsinə bir ehtiram nümunəsi olduğunu qeyd edib.

Jurnalist vurğulayıb ki, uzun müddətdir o əraziyə yolu düşmürmüş. Bir neçə gün öncə ordan keçəndə isə abidənin yoxa çıxdığını müşahidə edib:

“Öyrəndim ki, 2010-cu ildə o dövr Bakı şəhər icra hakimi işləyən, hamımızın yaxşı xatırladığı Hacıbala Abutalıbov bu möhtəşəm əsəri sökdürür və yerinə yeni fontan qoydurur.

Hacıbala Abutalıbov Bakının bütün bağ və parklarında eyni tipli fontanlar quraşdirib. Səhər sakinlərinin bu fontanlara maraqlı münasıbəti var. Bəziləri Hacıbalanın fontanlarını nəlbəkiyə oxşadır. Digər şəhər sakinləri bildirdilər ki, bunlar nəlbəki-fontanlar yox, ehsan kasası-fontanlardı.

Nizami Gəncəviyə həsr olunmuş abidə-fontanın harada olması ilə maraqlananda maraqlı məlumat eşitdim.

2010-cu ildə Hacıbala Abutalıbov Fəvvarələr Meydanını rekanstruksiya edəndə hansısa oliqarxa işi düşür. Həmin oliqarx da Hacıbala müəllimdən Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında Zeynalov qardaşlarının hazırladıqları abidə-fontanı istəyir. Hacıbala müəllim də “uff” demədən bu möhtəşəm əsəri həmin oliqarxa hədiyyə edir. Hətta aparıb onun bağında quraşdırır...

Əlbəttə, mən bu məlumatın nə qədər həqiqətəuyğun olduğunu soyləyə bilmərəm. Hər halda buna heç bir sübutum yoxdu. Sadəcə insanlardan eşitmişəm. Bircə o məlumdur ki, Zeynalov qardaşlarının Nizami Cəncəvinin əsərlərinin motivləri əsasında hazırladıqları abidə-fontan yerində yoxdur”.

K.Şahverdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda Nizami Gəncəvi ili elan olunduğunu xatırladıb və bildirib ki, mütəfəkkir şairimizin 880 illiyində Zeynalov qardaşlarının möhtəşəm abidə-fontanı tapılıb yerinə qaytarılsa, ölməz Şeyx Nizaminin xatirəsinə gözəl hədiyyə olar.

Tarix
2021.07.12 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko

Paşinyan Makrona Bakı ilə danışıqlar haqda məlumat verdi

Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan

HƏMAS girovları verməkdən imtina etdi - İsraildən reaksiya

Vardanyanın məhkəmədə etirazı təmin olunmadı

Vardanyanın cinayət işi: növbəti məhkəmə prosesi keçirildi

Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı

Rusiyaya işləməkdə ittiham edilən Məmmədyarov danışdı

Pezeşkianın Bakıya səfəri... - Baş nazirin müavini

Pineviç etimadnaməsinin surətini Bayramova təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla