Yuxarı

Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs Bakıda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs Bakıda

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Dilafir Tariyel oğlu Rəsulovun ekstradisiyası haqqında qərar qəbul edilib.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Dilafir Rəsulovun “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

2021-ci ilin aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib. 25 iyul 2021-ci il tarixdə Dilafir Rəsulov Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Tarix
2021.07.25 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla