Yuxarı

Moldova mətbuatı Qarabağa ilk uçuşdan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moldova mətbuatı Qarabağa ilk uçuşdan yazdı

Moldovanın nüfuzlu xəbər portalları işğaldan azad olunmuş Qarabağın ilk aeroportuna - Füzuli Beynəlxalq Hava Limanına Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsinin enişi barədə məqalələr yayıb.

Axar.az xəbər verir ki, “tribuna.md”, “ava.md” və “noi.md” saytlarında dərc edilən məqalələrdə qeyd olunub ki, Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Simvolik olaraq həmin təyyarə "Qarabağ" adını daşıyır.

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.

Məqalələrdə vurğulanıb ki, sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.

Tarix
2021.09.05 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla