Yuxarı

İran dayanmır: Yük maşınları Xankəndiyə nə daşıyır? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran dayanmır: Yük maşınları Xankəndiyə nə daşıyır? – Video

Avqustun 11-dən sentyabrın 10-na qədər İrandan Xankəndiyə müxtəlif təyinatlı 58 yük maşını gəlib, onlardan 55-i sonradan geri qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat və görüntünü Caliber.az saytı yayıb.

İranlılar sərhədi keçən zaman saxtakarlıqlara da yol verir. Onlar Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olan zaman maşına erməni nömrələri bağlayır və bununla da yük avtomobillərinin əsl sayını gizlətməyə çalışırlar.

Qeyd edək ki, 11 iyuldan 8 avqusta qədər İrana məxsus 35 yük maşını (31 yanacaqdaşıyan və 4 TIR) Xankəndiyə 70 həyata keçirmişdilər. Bununla bağlı mediada faktlar və videolar yayıldıqdan sonra Azərbaycan XİN İran səfirini dəvət edərək, etirazını çatdırmış, İran səfiri Seyid Abbas Musəvi isə bununla bağlı araşdırılma aparılıb, tədbir görüləcəyini bildirmişdi.

Heç bir tədbirin görülməməsi isə İran maşınlarının Qarabağa qanunsuz gəlişi və yanacaq və müxtəlif təyinatlı gizli nələrsə daşımasının arxasında Tehranın dayandığını təsdiqləyir.

Tarix
2021.09.11 / 14:32
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla