Yuxarı

Ordumuza hücum əmri bu an verilmişdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı məhz bu anda başlamışdı.

Axar.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri iyulda Tovuz təxribatına əl atmış, avqustda isə Azərbaycana diversiya qrupu göndərmişdi. Hər iki cəhdin qarşısı qəti şəkildə alınsa da, Ermənistan rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ilə Azərbaycana qarşı növbəti işğal planlarını açıq müstəviyə keçirmişdi və bu “ideyanı” təxribatlarla davam etdirmək niyyətlərindən əl çəkmirdilər.

Nəhayət, 27 sentyabra keçən gecə Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan atəşkəsi pozması və irimiqyaslı təxribatının qarşısını almaq və 30 illik işğala tamamilə son qoymaq üçün Azərbaycanın Ali Baş Komandanı səhər 06:00-da əks-hücum əmri verdi.

Bu saatdan başlayaraq, Ordumuz bütün cəbhə boyu hücuma keçdi və sonradan “Dəmir yumruq əməliyyatı” adlanacaq Vətən müharibəsi başladı.

Yada salaq ki, ermənilərin 30 ildir möhkəmləndikləri dördqat müdafiə xəttini bir neçə dəqiqəyə yaran Azərbaycan Ordusu əməliyyatın ilk həmləsindəcə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd OSA zenit-raket kompleksini məhv etmiş, səhər açılana qədər artıq bir neçə kəndi azad etmiş, strateji yüksəklikləri ələ keçirmişdi.

44 günlük savaş ərzində Azərbaycan Ordusu hətta manevr etmək üçün bircə dəfə də olsun bir addım geri çəkilmədi, 10 noyabr tarixinə qədər yalnız irəli getdi və 30 illik işğala son qoydu...

Tarix
2021.09.27 / 06:00
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı Rusiyadan bunu gözləyirik - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla