Yuxarı

Şəhidləri təhqir etməyin! - Seyid çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu cür toy mərasimlərinin keçirilməsi islam ənənəsinə, dinimizin təməl prinsiplərinə ziddiyyət təşkil edən davranışdır. Özünü müsəlman sayan hər bir kəs üçün bu, Allahın qətiyyətlə qəbul etmədiyi bir davranışdır.

Bu sözləri Axar.az-a Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli şəhid övladına toy keçirən bəzi valideynlərlə bağlı sosial şəbəkələrdə yaranan müzakirələrə fikir bildirərkən deyib.

“Bu proseslərin içərisində olan bir araşdırmaçı kimi deyə bilərəm ki, hər zaman şəhidlik məqamını, şəhidlik və şəhadətin fəlsəfəsini insanlara doğru şəkildə çatdırılması üçün mücadilə etmişik. Təəssüf ki, bəzi yanlış hərəkətlərin ənənə halını almasında bir qrup “din adamı” aktiv şəkildə iştirak edir. Bunun hansı maraqlardan qaynaqlandığını bilirəm. Ancaq şəhid analarının və ailələrinin özlərinə qarşı bu cür hərəkəti yolverilməzdir. Peyğəmbərin Allah qatındakı məqamına inandığımız kimi biz şəhidin də ali məqamına müsəlman olaraq inanırıq. Bu cür ali məqam sahiblərinin mübarək ruhlarına qarşı hörmətsizlik etmək olmaz. Şəhidlər ölməzdir. Allah Quranda buyurur ki, siz bunu bilməzsiniz, dərk etmirsiniz. Görünür, bu, şəhadətin fəlsəfəsini və şəhidliyin mahiyyətini, şəhid mərtəbəsinin uca Allah dərgahında məqamını bilməməkdən irəli gəlir. Bu, bilgisizlikdən qaynaqlanır”, - şərqşünas bildirib.

Seyid Camal Əzimbəyli şəhid ailələrinə çağırış edərək deyib:

“Həqiqi mənəviyyat adamları, həqiqi din adamları bu prosesin ənənə halını almaması üçün və bunun dayandırılması baxımından iş aparmalıdırlar. Bunun ənənə halına salınmasına cəhd edilməsi və vərdiş halına gəlməsi dinin hökmlərinə ziddir. Eyni zamanda bu, bəzi din adına yad ölkələrin maraqlarını Azərbaycana tərəf sövq etmək istəyən milli ünsürlər üçün də bir “fürsətə” çevrilər. Hər gün onlarla şəhid anası ilə görüşlər keçirilir. Hər zaman onlara çağırış edirik ki, bu cür hallara yol verməsinlər. Vətən, din, dövlətimiz üçün əsrlərlə yaşayacaq olan övladalarının ruhi məqamlarını incitməsinlər. Çünki onlar ruhi məqamlarının təminatını öz şəhid qanları ilə Rəbbi tərəfindən alıblar. Bu hallar isə o məqamın zədələnməsinə yönəlmiş davranışlardır. Bu yolverilməzdir. Şəhid ailələrinin, analarının, yarlarının hər birinin qarşısında baş əyirəm. Onlara çağırış edirəm ki, sizin doğmalarınız Vətənimizin hər nümayəndəsinin doğmasına çevrilib. Ən əsası onlar Allah dərgahında əzizdir, toxunulmazdır. Onların ruhlarını incidəcək əməllərə və davranışlara yol verməsinlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan və getdikcə ənənə halını alan “şəhid toyları” ilə bağlı görüntülər cəmiyyətdə müzakirələrə səbəb olub.

Tarix
2021.10.25 / 14:52
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla