Yuxarı

Azərbaycanda seçki hazırlıqları başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda seçki hazırlıqları başladı

Noyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlərə start verilib.

Axar.az xəbər verir ki, Aztelekom MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ölkədə keçiriləcək parlament seçki məntəqələrinin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlərə başlanılıb. BTRİB-in baş mütəxəssisi Elman Qədirovun verdiyi məlumata görə, MSK-nın qərargahına qədər xətt şəbəkəsində parametrlərin ölçülməsi, müəyyən istiqamətlərdə optik kabellərin, əlavə kameraların qurulacağı ehtimal olunan məntəqələrin yerləşdiyi ərazilərdə texniki imkanın mövcudluğu ilə bağlı təhlillərə başlanılıb.

Bununla bağlı rəhbərlik tərəfindən tapşırıqlar verilib. Ötən seçkilərin təcrübəsinə uyğun işlərə başlanılıb. Paytaxtda yerləşən 296 seçki məntəqəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən qurulan kameraların texniki imkanı dəyərləndirilir.

Seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsi ilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar.

Regionlar üzrə isə Naxçıvan MR də daxil olmaqla 1000-dən yuxarı seçki məntəqəsinin kameralarla təchiz olunacağı gözlənilir.

Tarix
2015.08.05 / 11:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla