Ekspansiya və aqressiya
Rusiya dövlətinin dəfələrlə parçalanmasına səbəb olub.
Axar.az xəbər verir ki, bu iddianı "Ekonomist" ("The Economist")
qəzetinin analitikləri irəli sürüb.
Analitiklərə görə, artıq Rusiya elə bir vəziyyətə gəlib ki, hər
hansı xarici müdaxilə olmadan belə asanlıqla çökə bilər:
"Rusiyanın sələfləri olan Rusiya imperiyası, Sovet İttifaqı da
daxili problemləri hansısa kiçik qalibiyyətli müharibənin yardımı
ilə həll etməyə çalışırdılar. Lakin onlar öz güclərini nəzərə
almayıb, iqtisadiyyatı həddən artıq yükləyirdilər. Rusiya
iqtisadiyyatı Qərb ölkələrinin iqtisadi sanksiyalarından sonra
bərbad vəziyyətə düşüb. Çeçenistanın Rusiyadan çıxması qonşusu
Dağıstana böyük təsir edəcək. Bundan sonra Tatarıstan özünü
müstəqil xanlıq elan edəcək. Sibirdə öz dövlətlərinin qurulması
ideyası doğulacaq. Urala gəlincə, onlar öz dövlətlərini qurub
Sibirə qatılacaqlar. Postsovet sərhədlərini pozmaqla Putin Pandorra
qutusunu açdı. Əgər onun dediyi kimi Krım tarixən Rusiyaya
aiddirsə, o zaman İkinci Dünya müharibəsindən sonra tutulan
Kalininqrad haqqında nə demək olar? Finlandiya 1940-cı ildəki Qış
müharibəsi zamanı özünün Şərqi Kareliyasını geri qaytara
bilməzmi?
Ən pisi isə odur ki, Putin müharibə fonunda çiçəklənən xaosa
meyillənən qüvvələri oyadıb. Ukraynanın şərqi cinayətkarların
yuvasına çevrilib. Rusiyanın parçalanması Qərb ölkələri üçün ən
dəhşətli kabus olacaq. Rusiyanın nüvə arsenalı kimin nəzarətinə
keçəcək? Hətta Moskva onlar üzərində nəzarətini saxlasa belə,
onların təhlükəsizliyini təmin etmək asan olmayacaq".