Yuxarı

Səbinə Əliyeva İtaliyada görüşlərə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səbinə Əliyeva İtaliyada görüşlərə başladı

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İtaliyaya səfəri çərçivəsində növbəti görüşlərini keçirib.

Axar.az xəbər verir ki, ombudsman İtaliya Respublikası Senatının İnsan hüquqlarının müdafiəsi və təşviqi üzrə fövqəladə komissiyasının sədri, senator Corcio Fede və komissiya üzvləri ilə görüşüb.

S.Əliyeva görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə inamını bildirib. Ombudsman ölkəmizdə bir çox xalqların, müxtəlif dinlərin nümayəndələrinin dostluq, qardaşlıq şəraitində yaşadığını bildirib. Azərbaycanın tolerantlıq modelinin dünyanın 28 universitetində, o cümlədən Roma Sapienza Universitetində də öyrənildiyi diqqətə çatdırılıb.

Ombudsman çıxışı zamanı Azərbaycanın Ermənistan tərəfindən uzun illər məruz qaldığı işğal, terror, nifrət siyasətinin nəticələrini diqqətə çatdırıb. S.Əliyeva Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri, beynəlxalq hüququn və insan hüquqlarının pozuntuları barədə ətraflı məlumat verib.

İkinci Qarabağ müharibəsində mülki obyektlərin atəşə tutulması nəticəsində 100-dən çox şəxsin həyatını itirdiyi, 450-dən çox insanın xəsarətlər aldığı, çoxsaylı məktəb, bağça, xəstəxana və digər infrastruktur binalarının, dini-tarixi abidələrin dağıldığı vurğulanıb. Ombudsman bu müharibə zamanı qadağan olunmuş silahlardan, kaset tipli sursatlar və ağ fosfor bombalarından istifadə faktını da qeyd edib. Azad edilmiş bölgələrdəki mina təhlükəsinin ciddiliyinə diqqət çəkən ombudsman Birinci Qarabağ müharibəsindən bəri itkin sayılan azərbaycanlılarla bağlı Ermənistan tərəfinin məlumat verməməsinin yaratdığı narahatlığı da diqqətə çatdırıb.

S.Əliyeva çıxışı zamanı müharibə və postmüharibə dövründə beynəlxalq qurumların rəsmiləri, xarici ölkə ombudsmanları, diplomatik nümayəndəliklərlə görüşlər keçirdiyini, beynəlxalq ictimaiyyətə qeyd olunan hallarla bağlı foto və video faktların yer aldığı hesabatların, müraciətlərin ünvanlandığını əlavə edib. Ombudsman İtaliyanın müvafiq qurumlarına çağırış edərək sözügedən məsələlərlə bağlı yerində araşdırmalar aparmaq üçün onları ölkəmizə dəvət edib.

Həmin gün ombudsman İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti, deputat Ettore Rosatonun təşkilatçılığı ilə keçirilən brifinqdə iştirak edib. E.Rosato ombudsmanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib, müharibədən sonra senatorlarla birgə ölkəmizə səfər edərək Gəncədə dağıntılara şahid olduğunu qeyd edib.

Sonra S.Əliyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, ombudsmanın çıxışı İtaliya Senatının televiziyası vasitəsilə canlı yayımlanıb, həmçinin xarici mətbuatda geniş işıqlandırılıb.

Tarix
2021.12.03 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla