Yuxarı

Sülh sazişinə mane olmaq istəyənlərin hədəfi... - Kürşad Zorlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, professor Kürşad Zorlunun Axar.az-a müsahibəsi:

- Kürşad bəy, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılan ilk addımları necə qiymətləndirirsiniz?

- İlk rəsmi təmas qurulub. Digər tərəfdən isə Qarabağla bağlı müzakirələr də davam etdirilir. Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan ilk görüşdən sonra münasibətlərin normallaşdırılmasına heç bir ilkin şərt olmadan hazır olduqlarını dedi və Ermənistan tərəfinin qondarma soyqırımın tanınmasını ön şərt olaraq irəli sürmədiklərini bildirdi. Ancaq nə qədər səmimi olduqları aprel ayında (24 aprel – qondarma soyqırımın ildönümü kimi qeyd edilir – red.) görünəcək. Erməni diasporu isə bu məsələdə rəsmi İrəvanla eyni mövqedə deyil. Türkiyə və Ermənistan arasındakı müzakirələrdə irəliləyişin əldə olunmasının yeganə yolu 10 noyabr bəyanatının maddələrinə və Azərbaycanın Qarabağ məsələsində yekun sülh müqaviləsi ilə bağlı təkliflərinə əməl olunmasıdır.

- Təəssüf ki, yekun sülh müqaviləsinin imzalanması prosesinə gedən yolda erməni tərəfi maneələr yaradır...

- Fikrimcə, dəmir yolu xəttinin inşası və ölkələrin bir-birinə iqtisadi baxımdan bağlanması yekun sülh müqaviləsinin imzalanması üçün əhəmiyyətli bir motivasiya qaynağı ola bilər. Çünki qarşılıqlı şəkildə iqtisadi bağlılıq münaqişə riskini azaldacaq. Bu baxımdan 10 noyabr bəyanatının 9-cu maddəsində göstərildiyi kimi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən yolun açılması həyati dərəcədə əhəmiyyətlidir. Sözügedən 9-cu maddədə bütün növ nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasından, inşasından bəhs edilir.

- Ancaq erməni cəmiyyəti hələ də müharibədəki məğlubiyyətin doğurduğu psixoloji çöküşdən qurtula bilməyib. Sizcə, Paşinyan hökuməti verdiyi vədlərə əməl edə biləcəkmi?

- Doğrudur, hazırda Ermənistan tərəfində dəmir yolunun açılmasına şübhə, hətta qorxu hissi ilə yanaşanlar var. Ancaq bu qorxuların gerçəkliklə əlaqəsi yoxdur. Çünki sözügedən xətlərin açılması halında bölgənin iqtisadi potensialının miqyası böyüyəcək. Burada başqa bir diqqət çəkən məqam Gümrüdən Qarsa da dəmir yolunun çəkilməsidir. Yekun sülh müqaviləsinə qarşı çıxan və ya əngəlləmək istəyən üçüncü ölkələrin başlıca məqsədlərinin bəhs olunan nəqliyyat və kommunikasiya xətlərini əngəlləmək olduğunu görürük.

Ötən ay Brüsseldə İlham Əliyev və Paşinyan arasında keçirilən görüşdə dəmir yolu ilə bağlı razılaşmasının əldə olunduğu açıqlandı. Paşinyan isə Ermənistanın bununla İrana, Rusiya və Azərbaycana çıxış əldə edəcəyini, Türkiyə ilə sərhədlərin açılmasının mümkün olacağı təqdirdə isə bu layihənin daha böyük əhəmiyyət qazanacağını deyib. Eyni zamanda o, əvvəllər Gümrüdən Qarsa dəmir yolu xəttinin mövcud olduğunu, artıq inşa prosesinə başlamağın zamanı çatdığını vurğulayıb.

Ermənistan hökumətinin rəsmi səhifəsində Paşinyan tərəfindən məsələ ilə bağlı işçi qrupunun yaradıldığı da elan olundu. Keçmiş İran səfiri və hazırda Paşinyanın müşaviri olan Artaşes Tumanyan isə işçi qrupa sədr təyin olundu. Hələlik layihənin həyata keçiriləcəyi tarix dəqiq bəlli deyil. Paşinyanın müavini Mger Qriqoryan verdiyi açıqlamada Mehridən keçən 45 kilometrlik dəmir yolu xəttinin çəkilməsinin 200 milyon dollara başa gələcəyini və 3 il davam edəcəyini bildirib. Rəsmi Bakı isə dəmir yolu xəttinin Azərbaycandan keçəcək hissəsinin inşasını 2023-cü ilin əvvəlində bitirməyi planlaşdırır. Rəsmi İrəvan bu açıqlamaları versə də, vacib məsələ sözlərin arxasında dayanmaq və siyasi dialoqun davamı üçün iradə nümayişidir.

Tarix
2022.01.21 / 08:00
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla