Yuxarı

Babaxanyan: Samirə erməni kişisini qucaqlamaq üçün... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babaxanyan: Samirə erməni kişisini qucaqlamaq üçün... - Video

Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndinin Astanada keçirilən müsiqi müsabiqəsində Ermənistan təmsilçisinə 12 bal verməsi və ardınca onu qucaqlamasına ermənilərin də cavabı gecikməyib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Bella Babaxanyan adlı erməni bloger Samirə Əfəndinin hərəkətini tənqid edib.

Bloger sosial şəbəkədə paylaşdığı videosunda bildirib ki, azərbaycanlı münsif erməni iştirakçını qucaqlayarkən müharibədə ölən qardaşlarını, oğlanları heç düşünməyib.

Bella Babaxanyanın dediklərindən:

“Paşinyan və Əliyev sülhdən danışandan sonra nədənsə azərbaycanlıların hamısı sülh tərəfdarı oldu, mehribanlaşmağa başladılar. Bu qız da yarışda bizim iştirakçıya yüksək bal verdi və nə üçünsə özünü çox mehriban göstərməyə çalışdı ki, sanki o sülh tərəfdarıdır. Durdu hətta bizim təmsilçini qucaqladı da. Bəlkə də bu, erməni kişisini qucaqlamaq üçün bir fürsət idi. O, bu hərəkəti erməni kişisini qucaqlamaq üçün etdi. Ancaq nədənsə bizim təmsilçini qucaqlayanda müharibədə ölən qardaşlarını, oğullarını yadından çıxardı”.

Qeyd edək ki, Samirə Əfəndinin erməni təmsilçisinə 12 bal verməsi, onu qucaqlaması narazılığa səbəb olub və günlərdir müğənni bu hərəkətinə görə sərt tənqid edilir.

Tarix
2025.11.27 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz sabah Azərbaycana gəlir

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla