Yuxarı

Ötən il ölkəmizə gələn turistlərin sayı açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən il ölkəmizə gələn turistlərin sayı açıqlandı

2021-ci ildə Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4 faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr ayında ölkəmizə səfər etmişdir. Gələnlərin 82,0 faizini kişilər, 18,0 faizini qadınlar təşkil edib.

2021-ci ildə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya Federasiyası, 25,0 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Səudiyyə Ərəbistanı, 0,9 faizi Qazaxıstan, 0,8 faizi İsrail, hər birindən 0,7 faiz olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 faizi ABŞ, 0,5 faizi Özbəkistan, hər birindən 0,4 faiz olmaqla İtaliya və Pakistan, 0,3 faizi Türkmənistan, 6,0 faizi digər ölkələrin vətəndaşları olub.

2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66,0 faiz, Hindistandan - 55,3 faiz, Səudiyyə Ərəbistanından - 26,0 faiz, Özbəkistandan - 20,3 faiz, Qazaxıstandan - 18,5 faiz, Belarusdan - 5,1 faiz azalıb, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2 faiz, ABŞ-dan - 69,3 faiz, Almaniyadan - 67,7 faiz, İsraildən - 57,0 faiz, Böyük Britaniyadan - 33,7 faiz, İtaliyadan - 24,0 faiz, Türkiyədən - 23,3 faiz, Rusiya Federasiyasından isə 14,7 faiz artıb.

2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 faizi dəmir yolu və avtomobil, 48,0 faizi hava, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Tarix
2022.01.22 / 18:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla