Kanalizasiya quyusuna düşən gəncin anasından ürəkdağlayan sözlər
22:49
| Ana səhifə Gündəm |
|
Tiflisdə NATO təlim mərkəzinin açılışı Rusiya üçün diskomfort yaradacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gürcü eksperti Tornike Şaraşenidze söyləyib. Onun sözlərinə görə, bu təlim mərkəzinin mövcudluğu Gürcüstanın təhlükəsizliyi baxımından çox mühümdür:
"Bazanın açılmasının Gürcüstan üçün təhlükə yaradacağını düşünmək gərək deyil. Bizim ölkədə onsuz da rus işğalçıları mövcuddur. Biz onlardan nə qədər təcrid olunsaq, bir o qədər bizim üçün yaxşı olacaq. Bu zaman onların Tiflisə girişi çətinləşəcək. Bizə Qərbin zəmanəti güclü olsa, Rusiyanın yeni aqressiya nümayiş etdirib-etdirməmək haqqında şübhələri yaranacaq".
|
Tarix
2015.08.21 / 09:47
|
Müəllif
İlkin Həsənov
|