Yuxarı

Türkiyə, Pakistan Rusiyaya qarşı olmadı – Şoaib Xan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az ALFAAZ Təhsil və Mədəniyyət Cəmiyyətinin prezidenti və təsisçisi, Mərkəzi Avrasiya Araşdırmaları Mərkəzinin sədri, hindistanlı ekspert Şoaib Xanın Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatlarla bağlı məqaləsini təqdim edir:

Rusiyanın tərəfində olan ölkələr

Belarusun açıq şəkildə Rusiyanı dəstəkləməsindən fərqli olaraq, digər bütün ölkələr Rusiyaya olan dəstəklərini məsələyə neytral qalmaqla və Moskvaya yüklənən sanksiyalara qoşulmamaqla ifadə ediblər. Rusiya öz-özlüyündə bir gücdür, lakin hər hansı bir ölkə açıq şəkildə Rusiyaya qarşı çıxacağı təqdirdə, Rusiya ilə birbaşa və ya dolayı əlaqələrə malik olduğundan, bu addımdan zərər görə bilər.

Çin Rusiyanın aqressiv siyasətini qəbul etməməklə yanaşı, bu siyasəti pisləməməyə də qərar verdi. Hindistan Birləşmiş Ştatlar və Rusiya arasında balanslaşdırma siyasətini davam etdirmək istədiyi üçün BMT Baş Assambleyasında bitərəf qalıb və bunu da nəzərə almaq lazımdır ki, Hindistan hərbi texnikası baxımından Rusiyadan çox asılıdır. Pakistanın Baş naziri İmran Xan Moskvada olsa da, o da sülh danışıqlarına gedilməsi barədə çıxış edib. Türkiyə müharibədən əvvəl Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək üçün cəhd etmişdi. Çünki müharibənin Ankaranın həm Moskva, həm də Kiyevlə olan ticarət əlaqələrinə mənfi təsirləri olacaqdı.

Sanksiyalardan sonra Rusiyanın taleyi

Rusiya təbii sərvətlərin zənginliyinə və işçi qüvvəsinin bolluğuna görə qüdrətli bir qlobal güc olduğundan sanksiyalardan sağ çıxacaq, lakin Qərb Rusiya ilə əlaqələri olan digər ölkələrin də iqtisadi cəhətdən çox zərər görəcəyini nəzərə almalıdır. Sanksiyaların ikitərəfli təsiri olacaq, çünki bir çox Qərb şirkəti və maliyyə institutu Rusiyaya sərmayə qoymuş və ya öz firmaları ilə əməkdaşlıq etmişlər. Bundan başqa, Moskva ilə əlaqələrə sahib çox ölkələr də bu sanksiyalardan təsirlənə bilər.

Yaxın gələcəkdə məsələnin həllinə ümumi baxış

Əgər yaxın gələcəkdə sülh varsa, bu, müsbət qarşılanacaq, əks halda onun nəticələrini təsəvvür etmək çətin olacaq. Münaqişə Avropanın digər ərazilərinə və maraqların toqquşma nöqtələrinin olduğu yerlərə yayıla bilər.
İki ölkə arasında razılaşma yalnız danışıqlar uğurlu olduqda əldə olunacaq. Ola bilsin ki, danışıqların bir neçə raundu daha davam edəcək, lakin hər iki tərəf bir qədər güzəşt nümayiş etdirməlidir, əks halda tərəflərin sərt mövqeləri və inadkarlığı məsələnin həllini daha da gecikdirəcək.

Tarix
2022.03.05 / 09:09
Müəllif
Tural Əzimzadə
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla