Yuxarı

Müharibə başlayanda Zelenski harada idi? - PA rəhbəri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə başlayanda Zelenski harada idi? - PA rəhbəri

Rusiyanın Ukraynaya hücumu barədə məlumat alanda Prezident Zelenskinin harada olması və reaksiyası barədə PA rəhbəri Andrey Yermak açıqlama verib.

Axar.az xəbər verir ki, Yermak mediaya müsahibəsində fevralın 23-dən 24-nə keçən gecə, gecə saat 02 radələrində evə gəldiyini bildirib.

Təxminən bir saatdan sonra Rusiyanın hərbi müdaxiləsi haqda məlumat alıb və dərhal Prezident Aparatına qayıdıb. Həmin vaxt Zelenski artıq PA-da imiş:

“Dərhal, az qala bir dəqiqədən sonra mən artıq Ofisdə idim. Gələndə gördüm ki, Zelenski iş başındadır. Səmimi deyim ki, biz son dəqiqəyə qədər belə bir halın baş verəcəyinə inanmırdıq. Bilirsiniz ki, bizim müttəfiqlərimiz tərəfindən çoxsaylı informasiyalar verilirdi. Ancaq biz yenə də inanmırdıq”.

O, həmçinin vurğulayıb ki, son aylarda Ukrayna ordusu hücum ehtimalına qarşı hazırlıqlar aparıb. Məhz həmin hazırlıqlar səbəbindən də Rusiyanın ölkəni qısa müddətdə işğal etməsinin qarşısı alınıb:

“Əlbəttə ki, hazırlaşırdıq. Buna görə də nəticə görürük – artıq iki həftədir ki, uğurla döyüşürük. Bu, bizim son aylarda hazırlaşdığımızı təsdiqləyir. O ayrı məsələdir ki, Rusiyanın hücum edəcəyinə inanmırdıq”.

Tarix
2022.03.10 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla