Yuxarı

Nəsir müəllimin məşhur tələbəsi "Bakı"nı bərpa etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsir müəllimin məşhur tələbəsi "Bakı"nı bərpa etdi

İnternet qəzetimizdə səhifələrin sayı səkkizdir, zaman-zaman artıracağıq. Dizaynda da dəyişikliklər olacaq.

Bu sözləri tanınmış jurnalist Rauf Ağayev yeni təsis etdiyi Baki-baku.az internet qəzeti haqda Axar.az-a danışarkən deyib. Az qala, "ilklər müəllifi" kimi tanınan peşəkar jurnalist bu yöndən sualı belə cavablandırıb:
"Mən indiyə kimi bütün işlərimi peşəkar jurnalist kimi görmüşəm. Heç vaxt qiymət gözləməmişəm. Həmişə yaxşı jurnalist olmağa çalışmışam, başqa heç bir məqsədim olmayıb. İlk müstəqil jurnalistlər birliyi olan Azərbaycan Gənc Publisistlər Cəmiyyətinin yaradıcısı və sədri olmuşam. 1992-ci ildə ilk dəfə orta məktəb şagirdlərindən ibarət redaksiya təşkil etməklə "Təmas" adlı qəzeti onların ixtiyarına vermişəm. 1993-cü ildə ölkədə ilk dəfə "Freelancer journalists" (Azad jurnalistlər) qurumunu yaratmışam. 1994-cü ildə ölkədə ilk dəfə, o vaxtlar "pulsuz qəzet" adı ilə tanınan və ev, müəssisə, idarələrə ödənişsiz paylanan, üç dildə nəşr olunan "Reklam. Elan. Xəbər" qəzetinin təsisçisi və redaktoru olmuşam.

1992-93-cü illərdə BDU Jurnalistika fakültəsinin fəal tələbələri üçün Milli Qəhrəman, jurnalist Alı Mustafayev adına təsis etdiyim təqaüd iki il verilib. Mənə az adamın tanıyıb, çox böyük hörmət etməyi kifayət edər. Bu, mənim üçün böyük mükafatdır. Mənim yetirmələrim var ki, ən gözəl mükafatları alıblar. Bu da mənim üçün ordendir, medaldır".

R.Ağayev hazırda həyatında növbəti ilklərdən olan internet-qəzetdən də danışıb:

"İnternet qəzetimizdə səhifələrin sayı səkkizdir, zaman-zaman artıracağıq. Dizaynda da dəyişikliklər olacaq. Amma mən daha çox ağ-qara rəngə üstünlük verirəm, qəzet həmişə ağ-qara olub, belə daha nostaljidir. Rəngli qəzet tez yorur adamı. Kollektivimiz də yoxdur. Hələ ki, üç nəfərik – mən, İlqar Həsənov, Məmməd Rauf. Kollektivin yox, əməkdaşların sayını artırmaq istəyirik. Tanıdığımız jurnalistlərə müraciət edirik, yazsınlar. Hələ ki, əməkhaqqımız yoxdur. Sponsorumuz yoxdur, reklam hesabına nəsə bir iş eləmək istəyirik. Gələcək göstərəcək necə olacağını. Başqa planlarımız, inkişaf üçün düşüncələrimiz var, hamısını demək düzgün olmaz".

Qeyd edək ki, Azərbaycan jurnalistikasında bir çox ilklərin müəllifi olan Rauf Ağayev "Bakı"-"Baku" qəzetində fəaliyyətə başlayıb, bir müddət "Xalq qəzeti"ndə baş redaktor müavini vəzifəsində çalışıb, daha sonra elə həmin qəzetin nəzdində "Bazar" və "Cümə" əlavələrinə rəhbərlik edib. 14 il çalışdığı Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri vəzifəsindən bu ilin iyul ayında istefa verib və Baki-baku.az internet qəzetini yaradıb. İnternet-qəzet məşhur jurnalist, böyük jurnalistlər nəslinin yetişməsində misilsiz xidmətləri olan Nəsir İmamquliyevin xatirəsinə həsr olunub.

Tarix
2015.09.30 / 22:52
Müəllif
Nigar An
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla