Parlament seçkilərində diqqətdən kənarda qalan bir seçki
dairəsi mövcuddur.
Axar.az-ın verdiyi xəbərə görə, sözügedən 121 saylı Laçın Seçki
Dairəsində YAP-ın vahid namizədinə qarşı 7 bitərəf namizəd mübarizə
aparacaq.
Hakim partiyanın bu dairədən irəli sürdüyü namizəd Zaminbank
ASC-nin filial müdiri Mahir Abbaszadədir.
Ona rəqib olanlar arasında Dövlət Sosial Müdafiə Fondunun Laçın
şöbəsinin müdiri Ramiz Mehtiyev, rayon Əhalinin Sosial Müdafiə
Mərkəzində aparıcı çalışan Abdulla Abdullayev var.
Dairədə iki media nümayəndəsini də görmək olar. "Xalqinfo.az"
saytının baş redaktoru Tural Məmmədov, "Laçın" qəzetinin redaktoru
Mayıl İlyasovun namizədliyi rəsmiləşib.
Laçının 20 saylı məktəbinin direktoru Dünarə Əbdürəhimova,
rayonun Hacıxanlı kənd məktəbində müəllim işləyən Elməddin Əkbərli,
3 saylı uşaq baxçasında çalışan Yılmaz Həsənova da seçkilərə bu
dairədən qatılıb.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də
keçiriləcək.