Türkiyədə fəaliyyət göstərən
azərbaycanlı iş adamı, "Palmali Group" şirkətinin prezidenti
Mübariz Mənsimov maddi cəhətdən çətin günlərini
yaşayır.
Axar.az Türkiyənin "Sözcü" qəzetinə istinadən xəbər verir ki,
Mənsimovun çətin vəziyyətə düşməsinə səbəb Rusiya Prezidenti
Vladimir Putinlə münasibətlərinin pozulmasıdır.
Azərbaycanlı milyarder artıq "Palmali Havacılık" şirkətinə
məxsus iki təyyarəni satışa çıxarıb. Satışa çıxarılan təyyarələrdən
Falkon 2000S modelinin 25 milyon dollar, Falcon F7 təyyarəsinin isə
təxminən 50 milyon dollar qiyməti olduğu bildirilir.
Mənsimov həmçinin 2015-ci ilin aprelində Bodrumda tenderə
girərək "Cənnət köyü" adlı ərazini 370 milyon lirəyə alıb. Lakin
Mənsimov pulu vaxtında ödəməyib və nəticədə ərazi əlindən çıxaraq,
dövlətin hesabına keçib.
200-dən artıq neft tankeri olan azərbaycanlı milyarderin bəzi
yaxta və limanlarını da satışa çıxardığı iddia edilir.
"Sözcü" qəzeti maddi cəhətdən çətin günlər yaşayan Mənsimovun
sərvətinin 2015-ci ildə 1,3 milyard dollara gerilədiyini yazıb.