Biz növbəti il üçün təkliflərlə çıxış edirik ki,
məscidlərdə hər hansı dini bayraqlardan istifadəni məqbul
saymırıq.
Bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bunu Aşura günlərində
bəzi qüvvələrin insanların dini inancından sui-istifadə etməsinə
münasibət bildirərkən deyib.
M. Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və
dövlət bayrağı ilə bağlı qanunu var: "Eyni zamanda növbəti
mərhələlərdə din xadimləri ilə birlikdə təkliflə çıxış edəcəyik ki,
hər hansı dini mərasimləri küçələrdə etmək yol verilən deyil. Dini
mərasimlər məsciddə və məscidin həyətində olmalıdır. Necə ki, digər
dinlərdə dini mərasim kilsədə və sinaqoqda olur, bizdə də məsciddə
olmalıdır. Yəni hər hansı yürüş keçirmək istəyənlər və digər
iddialarla çıxış edənlər bununla bağlı müvafiq icra hakimiyyəti
orqanlarından icazə almalıdırlar. "Sərbəst toplaşmaq haqqında"
qanun var və bu qanun "Dini etiqad azadlığı haqqında" qanuna
ziddiyyət təşkil eləmir".
M. Qurbanlı son Aşura günündə Gəncədə baş verənlərə də toxunub:
"Bununla bağlı araşdırmaq aparmışıq. Müəyyən qruplar var ki, din
adı altında pərdələnərək, öz məqsədlərini həyata keçirmək istəyir.
Bunlarla bağlı müəyyən profilaktik tədbirlər görülüb və görüləcək.
Onların heç bir sosial dayağı da yoxdur. Sadəcə, insanların həmin
gün dini inancından istifadəyə cəhd ediblər ki, bu da
yolverilməzdir".