Yuxarı

Piyada səkisi zəbt olundu – Meriya isə “xəbərsizdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piyada səkisi zəbt olundu – Meriya isə “xəbərsizdir”

Bakının mərkəzində - Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsində yerləşən iki mərtəbəli binalara müdaxilə edilib. Kimsə binanın üstündə daha iki mərtəbə tikərək eyvan artırıb. Eyvanın altını isə obyektə çevirərək piyada səkisini zəbt edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat rəhbəri Ramiz İdrisoğlu məsələ ilə bağlı Axar.az-a açıqlamasında qeyd edilən ünvanda yaşayış binasına edilmiş müdaxilənin yeni olmadığını deyib.

Onun sözlərinə görə, müdaxilə komitəyə səlahiyyətlərin ötürüldüyü dövrdən əvvələ aiddir.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən isə sözügedən ünvandakı binaların tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olmadığı bildirilib:

“Fotolarda yer alan binalardan yalnız biri (Təbriz Xəlilbəyli 10) reyestrə daxildir. Həmin binaya da heç bir müdaxilə edilməyib”.

Piyada səkisinin zəbt olunmasıyla bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev vurğuladı ki, bu, icra hakimiyyətinin səlahiyyətindədir.

Bakı Şəhər İcra Hakimiyyəti isə məsələnin Yasamal rayonu İcra Hakimiyyətinə aid olduğunu bildirdi.

Yasamal rayonu İcra Hakimiyyətinə ünvanladığımız sorğuyla bağlı araşdırılma aparıldığını və məlumat veriləcəyi deyildi.

Beləliklə, aydın olur ki, şəhərin mərkəzində ikimərtəbəli binanın üzərində daha iki mərtəbə tikilir, balkonlar artırılır, səki zəbt edilir, ancaq rəsmi qurumların “xəbəri yoxdur”.

Tarix
2023.01.24 / 13:48
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla