Yuxarı

Bu, həm də milli hərəkata hücumdur – Mərdani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, həm də milli hərəkata hücumdur – Mərdani

Təbrizdən olan tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də tutulub. Hadi Heydəri Azad işgəncə və təzyiqlərdən sonra buraxılsa da, İbrahim Əhmədpur təcridxanada qalıb. Əhmədpuru 800 milyon tümən qarşılığında müvəqqəti azad ediblər. Bu məbləğ isə həddindən artıq çoxdur. Adətən, siyasi fəallar müvəqqəti azad olunarkən girov məbləği bu qədər çox olmur.

Bu sözləri Axar.az-a Azərbaycan Öyrənci Hərakatının (AZOH) sözçüsü Əmir Mərdani deyib.

Onun sözlərinə görə, rejimin təzyiq etdiyi tələbələr Azərbaycan Tanıtım Ocağının üzvlərdir:

“Bu ocaq Tehranda Azərbaycan səfirliyinə edilən hücumu kəskin qınamışdı. Bundan sonra İran hökuməti mərkəzə və ona üzv olan tələbələrə qarşı amansız davranmağa başlayıb”.

O, İbrahim Əhmədpurun 3 il əvvəl sosial məzmunlu aksiyalara qatıldığı üçün Universitetdən qovula biləcəyi ilə bağlı xəbərdarlıq aldığını da vurğulayıb:

“Lakin buna etiraz edənlər çox olduğuna görə qərarı icra edə bilməmişdilər. İbrahim bəy Təbriz Universitetində siyasi elmlər üzrə təhsil alır. Universitetdə ən fəal tələbələrdən biridir və Azərbaycan Tanıtım Ocağının fəal üzvüdür. Rejim bu ocağın lisenziyasının ləğvinə çalışır. İbrahim Əhmədpur tutulduqdan sonra bir çox şəhərdəki universitetlərdən etirazlar gəlməyə başlayıb. Burada söhbət tək bir insanın tutulmağından getmir. Tanıtım Ocağının bağlanmasına qarşı etiraz edənlər çoxdur. Yaxın zamanlarda bu məsələ ilə bağlı bəyanatlar veriləcək. Sonra isə universitetlərdə aksiyalar başlanıla bilər. Bu bütün öyrənci hərəkatına hücum kimi qəbul olunur. Təbii olaraq, milli hərəkata da bir saldırı kimi dəyərləndirilir. İran hakimiyyəti yeni etiraz dalğasının haradan başlayacağını təxmin etdiyi üçün ola bilər ki, tədbirli davranır. Belə yerləri tamamilə ləğv etmək istəyir”.

Tarix
2023.03.02 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla