Yuxarı

Türkiyə belə bir dahi lideri olduğu üçün xoşbəxtdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında çəkdiyi filmin Moskvada təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, təqdimatı Türkiyənin Moskvadakı səfirliyində keçirilən film “Hakimiyyət formulu” adlı silsilə televiziya verilişləri çərçivəsində çəkilib.

Tədbirdə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Azərbaycanın səfiri Polad Bülbüloğlu, bir sıra ölkələrin səfirləri iştirak ediblər.

Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar qeyd edib ki, Mixail Qusman “Hakimiyyət formulu” adlı verilişlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bir neçə dəfə görüşüb.

“Sənədli film Prezident Ərdoğanın müstəsna siyasi karyerasını, onun müdrik liderliyini oxuculara çatdırır. Prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörən rəhbərliyi ilə biz Türkiyə Yüzilliyinə daxil oluruq. Bu yeni dövrdə qarşıya qoyulmuş məqsədlər arasında regionda və bütün dünyada sülhün bərqərar olunmasına səy göstərmək də yer alıb”, - deyə səfir bildirib.

Diplomat vurğulayıb ki, Türkiyə Rusiya ilə bütün sahələrdə münasibətləri möhkəmləndirməkdə qərarlıdır. O, həmçinin Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabını təqdim edib.

Mixail Qusman Prezident Rəcəb Tayyib Ərdoğan ilə ilk dəfə onun hələ Baş nazir olduğu dövrdə görüşdüyünü xatırlayaraq deyib: “Bundan sonra biz onunla dörd dəfə təkcə müsahibə səbəbi ilə və bir neçə dəfə müsahibədənkənar görüşmüşük. Onun heyrətamiz, təsiredici siyasi karyerasını müşahidə etmək imkanına malik olduğum üçün deməliyəm ki, mənim fikrimcə, Türkiyə belə bir dahi lideri olduğu üçün xoşbəxt ölkədir”.

Tarix
2023.06.19 / 23:31
Müəllif
Axar.az
Digər xəbərlər

Putin və Tramp Əliyevi təbrik etdi, Paşinyanı saymadı - Alaverdyan

Putinin tələbini Tramp “anlayır” - Türkiyə təşəbbüsü ələ aldı

Qazaxıstan bu təşkilata üzv olmaq istəmir

Azərbaycan Rumıniyanın yaxın və etibarlı tərəfdaşıdır - Dan

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Musayevi bıçaqlayan baş məşqçi həbs edildi

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular... - Zərərçəkmiş

Ankaranın Ukrayna ilə bağlı hədəfi: Top Putindədir...

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla