Yuxarı

Axar.Az Logo carnation

ABŞ şirkəti Azərbaycanda telefon danışıqlarına nəzarət edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ şirkəti Azərbaycanda telefon danışıqlarına nəzarət edir

Avropa Birliyi ilə ABŞ arasındakı "dinləmə" qalmaqalı get-gedə böyüməkdədir. Bunu AB ölkələri liderlərinin Brüsseldə keçirilən növbəti sammitində əsas müzakirə hədəflərindən birinin ABŞ xüsusi xidmət orqanları tərəfindən Avropa ölkələri liderlərinin telefon danışıqlarının dinlənilməsinin olduğu da açıq şəkildə göstərir.

İspaniyanın "El Mundo" qəzetinin çap etdiyi sənədə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bir ayda – 2012-ci ilin dekabrından 2013-cü ilin yanvarına qədər İspaniyada 60 milyon telefon danışığına qulaq asıb. Qəzet yazır ki, bu sənədi qəzetə Edvard Snouden verib.

"Wall Street Journal" isə yazır ki, ABŞ prezidenti Obama elektronik dinləmə haqda məlumat alandan sonra Milli Təhlükəsizlik Agentliyi Almaniya kansleri Merkelin telefon danışığına qulaq asmağı dayandırıb. Həmin daxili məlumata görə, Milli Təhlükəsizlik Agentliyi dünyanın 35 liderinə qulaq asırmış. Bu dinləmələr İP rabitə sistemi ilə mümkündür.

Bəs Azərbaycan tərəfi bu barədə nə düşünür?

Azərbaycandakı nazirliklər və güc strukturlarının telefonları da dinlənilirmi?

Bizim dövlət qurumlarının əksəriyyəti 92, 93 və 98 saylı telefon qovşaqlarında yerləşir və təkmilləşmə keçdikdən sonra nömrələr 7 rəqəmli sistemə keçib. Bəs telefon qovşaqlarının avtomatlaşdırılmasını hansı şirkət həyata keçirib?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliynin Bakı Telefon Rabitə İstehsalat Birliyinin sədri Xankişi Kişiyev deyir ki, telefonların elektronlaşması prosesi 1992-ci ildən başlayıb və indi elektronlaşma aparılmır:

"Elektronlaşma ona görə aparılmır ki, indi yeni sistem var. İP sistemi rabitə sahəsində hazırda geniş tətbiq edilir. Azərbaycanda da həmin sistemə keçmişik. 2012-ci ildən Azərbaycandakı telefon qovşaqları İP sisteminə keçib. Xarici şirkətlər Azərbaycanda bu sahədə çalışırlar".

Xankişi müəllim dedi ki, bu sahədə Azərbaycanda bir çox şirkətlər işləyir. Bunların arasında İP sisteminə keçməyi təmin edən əsas şirkətlərdən biri də "SİSKO"dur:

"SİSKO bu sahədə Azərbaycanda əsas xarici şirkətlərdəndir. Amerikanın böyük şirkətlərindən biridir".

Tarix
2013.10.30 / 15:45
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla