Yuxarı

Nikolun 1 milyonluq saatı Moskva ilə qalmaqalı böyütdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolun 1 milyonluq saatı Moskva ilə qalmaqalı böyütdü

Rusiyanın Birinci Kanalında Nikol Paşinyan və digər Ermənistan rəsmiləri haqqında yayımlanan verilişlə bağlı iki ölkə arasında qalmaqal böyüyür.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, verilişdə Nikol Paşinyan və erməni rəsmiləri ilə bağlı təqdim edilən məlumatlar İrəvanda rezonans doğurub.

Rusiya kanalının efirində Nikol Paşinyanın saatının qiymətinə xüsusi diqqət çəkilib. Efirdə onun “milyon dollarlıq saat” adlandırılması erməni ictimaiyyətində müzakirələrə səbəb olub.

Paşinyanın həyat yoldaşı Anna Akopyanən rəhbərlik etdiyi “Armtimes” saytında Birinci Kanalda yayımlanan verilişə imzasız məqalə ilə cavab verilib. Burada Rusiya elitasının lüks həyatı, onları diləgətirən Aleksey Navalnı kimi müxalifət nümayəndələrinin isə həbs atıldığı vurğulanıb.

Məqalədə birbaşa Putin hədəf alınıb, onun bahalı həyat tərzinə diqqət çəkilib.

Yazıda deyilir: “Çətin ki, Putin Rusiyasında bürokratların dəbdəbəli həyat tərzini “quru maaşla” təmin etmək mümkün olsun. Putin və onun yanındakıların həyatını ifşa edən bəzi müxalif nümayəndələri isə həbsə atılırlar. Məsələn, 19 il cəza verilən Navalni kimi. Bu yayımın Rusiya Federasiyasının siyasi elitasının əziyyət çəkdiyi bir zarafat, yoxsa təbliğat səviyyəsindəki paranoya olduğunu deyə bilmərik. Ancaq bir şeyi dəqiq deyə bilərik ki, Rusiya təbliğatı heç vaxt bu qədər aşağı səviyyədə, ucuz olmayıb”.

Məqalədə Paşinyanın əleyhinə buraxılışın yayımlanmasının səbəbi onun qərbyönümlü siyasəti olaraq göstərilir. Burada bəzi Ermənistan KİV-lərinin Rusiya tərəfindən idarə edildiyi, Paşinyanın saat qiymətinin şişirdilməsinin Kremlə işləyən ermənilərin işi olduğu bildirilir. Həmçinin Ermənistan Baş nazirinin hələ 2018-ci ildə saatlarla bağlı yayılan iddialara verdiyi cavab yazıda bir daha vurğulanıb. Paşinyanın illər öncə milyon dollar, ya da 50 min dollarlıq deyil, İrəvan istesalı olan 75, 105 min erməni dramı dəyərində, yəni çox ucuz saatlar taxdığını açıqladığı önə çəkilib.

Qeyd edək ki, sözügedən verilişə görə Rusiyanın İrəvandakı səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə etiraz notası təqdim olunub.

Tarix
2023.10.25 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla