
Konfrans Liqası: "Betis" və "Çelsi" finalda!
02:08
Ana səhifə Gündəm |
![]() ![]() ![]() ![]() |
Ərdəbilli milli-mədəni fəallar noyabrın 30-da girov qarşılığında müvəqqəti olaraq həbsdən buraxılan fəal Nasir Rəzmcu ilə görüşüblər.
Axar.az xəbər verir ki, görüş dekabrın 1-i fəalın evində baş tutub.
Nasir Rəzmcu ilə yanaşı, Hüseyn Azadi, Əmir Hüseyn Ağayi və İbrahim Əvəzzadə də Təbriz Mərkəzi Həbsxanasından məhkəmənin son qərarına qədər müvəqqəti olaraq azadlığa buraxılıb.
Xatırladaq ki, Nasir Rəzmcu oktyabrın 21-də Ərdəbil şəhərində təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. Ona qarşı “milli təhlüksizliyə qarşı toplaşmaq və əlbir olmaq”, “qanunsuz qrupa üzv olmaq” ittihamları irəli sürülüb.
O və başqa 13 milli fəal saxlanıldıqdan sonra Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb, orada dindiriliblər.
Tarix
2023.12.02 / 19:39
|
Müəllif
Axar.az
|