Yuxarı

İki il əvvəl itkin düşən hərbçilərimizin qalıqları tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki il əvvəl itkin düşən hərbçilərimizin qalıqları tapıldı

Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.

Axar.az həmin məlumatı təqdim edir:

“Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülmüşdür.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilmişdir.

Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilmişdir ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşmüşlər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölmüşlər.

Əsgərlərin nəşlərinin tapılması 5 avqust 2024-cü ildə Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilmişdir.

Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Tarix
2024.08.06 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla