Yuxarı

Gürcüstan Prezidenti Oqtay Əsədovla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 12-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olub.

Milli Məclisin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov qarşılayıb.

Gürcüstan Prezidenti Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olub. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar Gürcüstan Prezidentində dərin təəssürat yaradıb. Gürcüstan dövlətinin başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüş keçirilib.

Ali qonağı ölkəmizdə salamlayan Oqtay Əsədov Azərbaycan və Gürcüstan xalqları arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirib.

Qeyd olunub ki, bu cür yüksək səviyyəli səfərlər qardaşlıq və mehriban qonşuluq əlaqələrinə əsaslanan münasibətləri daha da inkişaf etdirəcək.

Gürcüstan ilə Azərbaycan arasındakı əlaqələrin konkret layihələrlə inkişaf etdirildiyini deyən Milli Məclisin sədri Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regionun və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynadığını xüsusi qeyd edib.

Oqtay Əsədov hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının münasibətlərin inkişafında mühüm rolu olduğunu diqqətə çatdırıb.

Prezident Georgi Marqvelaşvili bildirib ki, mehriban qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan regionda birlikdə iri layihələr həyata keçirir. Biz bu layihələri həyata keçirməklə regionun gələcək inkişafını və sabitliyini təmin etməliyik.

Qeyd olunub ki, yalnız enerji sahəsində deyil, mədəniyyət, elm, təhsil, səhiyyə və digər sahələrdə də əməkdaşlıq üçün böyük potensial var.

Tarix
2014.02.12 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı Rusiyadan bunu gözləyirik - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla