Yuxarı

İrəvanın Minsk Qrupu açıqlaması: Bakı ilə “alver” istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyinin “ATƏT-in Minsk Qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər” açıqlamasından bu qənaətə gəlmək olar ki, rəsmi İrəvan Minsk Qrupu məsələsində israr etmir, sadəcə birtərəfli güzəşt kimi olmasın deyə, bu mövzunu danışıqlarda rəsmi Bakı ilə alver predmetinə çevirmək istəyir. Yəni demək istəyirlər ki, biz sizin istəyinizə uyğun olaraq Minsk Qrupundan imtina etsək, bunun qarşılığında siz də bizim istəklərimizdən birini yerinə yetirməlisiniz.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan XİN-in Minsk Qrupunun ləğvi məsələsi haqda açıqlamasını şərh edərkən deyib.

“Ermənistan hökumətinin əsas istəklərindən biri budur ki, Azərbaycan Ordusu şərti sərhəddəki strateji yüksəkliklərdən geri çəkilsin. Bu mümkün deyil. Birincisi, sərhədin müəyyənləşməsi prosesi illərlə uzanacaq və bu sülh sazişindən ayrı aparılan danışıqlar prosesidir. İkincisi, Azərbaycan Ordusunun nəzarət etdiyi strateji yüksəklikləri “Minsk Qrupundan imtina” bəndi ilə tərəzinin eyni gözünə qoymaq olmaz, birinci dəfələrlə ağır gələcək. Ermənistanın Minsk Qrupundan imtina etməməsinin Azərbaycana böyük zərəri yoxdur, strateji yüksəkliklər isə bizə Ermənistan üzərində böyük üstünlük qazandırıb, bundan imtina mümkün deyil. Ermənistan hökuməti Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə iddianı əks etdirən bəndlərdən imtinaya hazırlaşmalıdır. Bizim üçün konseptual məsələ budur”, - o bildirib.

Tarix
2024.08.15 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-İrəvan sazişi Bakıya qarşı deyil: Hədəf bu ölkələrdir!

Sensasion plan: İran parçalanır, paytaxt köçürülür...

DTX-nin yaxaladığı şəxs 340 minə, görün, kimi öldürmək istəyib

Ermənistan Rusiyaya buna görə nota verdi - Video

ABŞ-İrəvan sazişi: Bu, İranla müharibəyə hazırlıqdır - Özər

ABŞ-Ermənistan strateji sazişi – Tam mətn

Ermənistan Rusiyaya nota verdi

Bayramova ingiliscə saxta məktub... - Arkov

Konfransa çağırılıb həbs edilən azərbaycanlı açıqlama yaydı

Ombudsmandan Qərbi azərbaycanlılarla bağlı açıq məktub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla