Yuxarı

Lavrovun Bakıda Qarabağ təklifi nə vəd edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovun Bakıda Qarabağ təklifi nə vəd edir?

Hazırkı danışıqlar fonunda Dağlıq Qarabağla bağlı mərhələli həll planı gündəmə gələ bilməz. Azərbaycan ordusunun son zəfərləri bu mövqeyi kifayət qədər möhkəmləndirib. Məsələ paket variantı şəklində həll olunmalıdır.

Bunu Axar.az-a politoloq Qabil Hüseynli Lavrovun Bakıda münaqişənin həllinə dair yeni həll variantları ilə bağlı fikrini şərh edərkən deyib. Sabiq dövlət müşaviri bildirib ki, yaranmış hərbi, siyasi vəziyyət Qarabağ məsələsinə yeni yanaşma tərzi diqtə edir:

"Son uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan üçün həm döyüş meydanında, həm də danışıqlar masasında kifayət qədər əlverişli şərait yaranıb. Hətta hazırda bəzi ölkələr bunu öz nəzarəti altına almağa çalışırlar. Məqsəd isə danışıqlar prosesində mümkün həll variantını öz ssenariləri əsasında həyata keçirməkdir. Rusiya 5 rayonun Azərbaycana qaytarılması üçün Moskvanın erməniləri dilə tutması yönündə təbliğat maşınını işə salıb. Hərbi üstünlüyün diqtə olduğu bir şəraitdə bunun heç bir əsası yoxdur. 7 rayonun hamısı geri qaytarılmalıdır. Azərbaycan isə Dağlıq Qarabağa yüksək status verə bilər.

Yəni torpaqlar geri qaytarılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bu çərçivədə də Dağlıq Qarabağın statusu müəyyənləşdiriməlidir".

Politoloq qeyd edib ki, indi çox həssas bir dönəmdir:

"Nəinki Rusiya, heç bir dövlətin diqtəsinə yol verilməməlidir. ATƏT, BMT və digər beynəlxalq təşkilatlar Qafqazda sülh üçün rolunu artırmalı, məsələ kimlərinsə siyasi iradəsinə söykənən qərarlarla deyil, Helsinki Yekun aktı və beynəlxalq hüququn digər normativ sənədlərinə uyğun olaraq birdəfəlik çözülməlidir".

Qeyd edək ki, aprelin 6-da Sergey Lavrov Bakıya rəsmi səfərə gəlib və Prezident İlham Əliyevlə görüşüb. Bu gün Lavrov Azərbaycan və İran XİN başçıları ilə görüş keçirib.

Aprelin 8-i isə Rusiya Baş naziri Dmitri Medvedyev Bakıya gələcək.

Tarix
2016.04.07 / 13:17
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla