Dağlıq Qarabağda ən azı 60
nəfərin öldüyü son hərbi toqquşmalar atəşkəslə bitsə də aydın
şəkildə anlatdı ki, azərbaycanlılarla ermənilər arasında müharibə
daha donmuş vəziyyətdə deyil.
Musavat.com-un
məlumatına görə, bu barədə nüfuzlu "Uol Strit Jurnal" nəşrinin son
sayında ABŞ-dakı Con Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və
Qafqaz İnstitutunun direktoru Svante Kornell yazır.
Ekspertə görə, daha masştablı siyasi və ideoloji sərhədlərin
kəsişməsində yerləşən Cənubi Qafqaz kimi həssas bölgənin
gələcəyinin atı üstündə hələ ki, Kreml hökmranlıq edir:
"Hərgah, Obama Administrasiyası belə görünür hesab edir ki,
Azərbaycan-erməni konflikti "vakuumdadır" və o, həm regiondakı
gərginlikdən, həm də Putin Rusiyasının destruktiv rolundan təcrid
edilib".
"Vaşinqtonun bunu görməsinin artıq vaxtıdır ki, Moskva –
problemin həlli yox, problemin bir hissəsidir və konflikti dinc
həll məcrasına yönəltməkdən ötrü Amerikanın təşəbbüsü öz əlinə
almasının vaxtı çatıb" – müəllif əminliklə qeyd edib.
Onun fikrincə, münaqişənin kəskinləşməsi boş yerdən olmayıb:
"Səbəb bundan ibarətdir ki, Qafqazda situasiya getdikcə daha
kövrək olmaqdadadır. 1990-cı illərin əvvəllərində konflikt
regiondakı siyasi parçalanmaların mərkəzində dayanıdrdı. Moskva
Ermənistanı müdafiə edir, bu zaman həll edilməmiş münaqişə İrəvanı
Rusiya orbitində saxlayırdı. Bakı isə Türkiyə və Qərbin dəstəyini
qazanmışdı. Öz növbəsində İran sivil və neftlə zəngin Azərbaycanın
ABŞ-la yaxınlaşmasından ehtiyat edərək Ermənistan və Rusiyanın
tərəfini tutmuşdu".
Ekspert yazır: "Sonra Obama tərəfindən Rusiya-ABŞ
münasibətlərində gərginliyi azaltmaq təşəbbüsü ortaya çıxdı ki, bu
da əslində Moskvanın 2008-ci ildə Gürcüstana hərbi təcavüzünü
şirnikləndirməyə gətirdi. Lap yaxınlaradək isə Obama öz kabinetinin
üzvlərinin məsləhətlərinə qulaq asmırdı və xüsusi entuziazm olmadan
"Rusiyanın Ukraynanı bölməsinin" və Bəşər Əsəd rejiminə dəstəyini
əleyhinə çıxış edirdi. Ancaq ötən il Rusiyanın qanadlı raketləri
Xəzərdən Suriyaya uçanda Yaxın Şərq və postsovet məkanı üzrə
siyasətlər birləşdi. Türkiyə-Rusiya qarşıdurması bu prosesi yalnız
sürətləndirdi, nədən ki, Bakı Ankaranın, İrəvan isə Moskvanın
tərıfindədir".
"Uol Strit Jurnal"ın şərhçisi Dağlıq Qarabağdakı son hərbi
eskalasiyanın zaman etibarilə Barak Obamanın Vaşinqtonda təşkil
elədiyi Nüvə Sammiti və onun dəvəti ilə son 10 ildə ilk dəfə
Azərbaycan prezidenti İlham Əliyevin ABŞ- da olması ilə eyni vaxta
düşməsinin təsadüf olmadığına əmindir: "Vladimir Putinə sərfəli idi
ki, hər iki tərəfə və Qərbə göstərsin ki, hamının Kremlin oyun
qaydaları ilə oynamasından ötrü münaqişədən əziyyət çəkən bölgədə
xaos yaratmaq qabiliyyətindədir".
Məqalədə ardınca bildirilir: "Son döyüşlər zamanı Azərbaycan 22
ildə ilk dəfə ərazilərin bir hissəsi üzərində öz nəzarətini bərpa
edə bildi. Bakı bundan sonra daha çoxunu istəyə, Ermənistan da onu
geri atmaqdan ötrü cavab zərbəsi vurmağa çalışa bilər. Beləcə,
Barak Obamanın sonuncu idarəçilik ilində Qafqazda konfliktin
kəskinləşməsi mümkündür.
Bununla belə, ABŞ rəhbərliyi hələ də öz siyasətində Moskva və
Vaşinqtonun münaqişəyə dair mövqeyinin tamamilə üst-üstə düşməsi
haqda nağıla söykənir".
"Amerikanın cari inkar siyasəti yalnız onun göstəricisidir ki,
ABŞ bu regionu ciddi qəbul eləmir. Əgər Vaşinqton Qafqazda böyük
müharibədən qaçmaq istəyirsə, o zaman o, ciddi diplomatik təşəbbüsə
başçılıq eləməli və Ermənistanla Azərbaycana girişməlidir. Bu isə o
halda olacaq ki, ABŞ etiraf edəcək: Qafqaz – Ukraynadan başlayıb
Suriyada qurtaran böyük bir qövsün tərkib hissəsidir və Amerikanın
maraqları cənab Putinin maralqarı ilə fundamental şəkildə
toqquşur", –müəllif fikrini tamamlayıb.