Yuxarı

Politoloq: “Bu amilləri nəzərə almamaq olmazdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Politoloq: “Bu amilləri nəzərə  almamaq olmazdı”

Bir çox dairələr, dövlətlər Azərbaycanın Dağlıq Qarabağla bağlı bəyanatlarını ritorik ifadələr kimi qəbul edirdilər. Biz bunu etdik və müəyyən uğurlar qazandıq. Təbii ki, atəşkəsə əməl olunması müəyyən dairələrlə razılaşmanın nəticəsidir.

Bunu Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O, bir çox dövlətlərin Azərbaycanda enerji layihələrinin olduğunu və bunun atəşkəs barədə qərarın verilməsində önəmli rol oynadığını bildirib:

"Azərbaycan dünya birliyinə, region ölkələrinə və düşmənlərimizə bəyan etdi ki, öz torpaqlarını azad etməyə həmişə hazırdır və qadirdir. Azərbaycanın hərbi-iqtisadi gücü, insan potensialı buna əyani sübutdur. Bir çox dairələr, dövlətlər buna inanmırdı və bəyanatlarımızı ritorik ifadələr kimi qəbul edirdilər. Biz bunu etdik və müəyyən uğurlar qazandıq. Təbii ki, atəşkəsə əməl olunması müəyyən dairələrlə razılaşmanın nəticəsidir. Çünki biz mücərrəd dünyada yaşamırıq və bunu yaddan çıxarmamalıyıq. Aparıcı dövlətlərin burada müəyyən strateji maraqları var. Digər tərəfdən, Azərbaycanda bir sıra enerji, nəqliyyat layihələri icra olunur. Bu, özü-özlüyündə çox mühüm amildir. Aydın məsələdir ki, belə dövlətlər təşvişə düşüb. Bu amilləri nəzərə almamaq olmazdı".

Politoloq Azərbaycanın başqa dövlətlərin torpaqlarına iddialı olmadığını və beynəlxalq təşkilatların da bunu bildiyini deyib:

"Bizi hansısa digər regionla müqayisə etmək düzgün deyil. Ukraynada ola bilər ki, oxşar vəziyyət yaranıb və Rusiyaya qarşı sanksiyalar tətbiq olunub. Ona görə ki, Rusiya Krım yarımadasını işğal edib, öz ərazisinə birləşdirib. Bu, aydın məsələdir. Bütün dünya bunu bilir. Biz isə heç bir dövlətin ərazisini işğal etmək fikrində deyilik. Heç kəsin torpaqlarına iddialı da deyilik. Söhbət ancaq öz torpaqlarımızdan gedir. Başqa bir tərəfdən Azərbaycana qarşı münasibət başqadır. Əlbəttə, burada müəyyən təzyiqlər müşahidə oluna bilərdi. Lakin bizə qarşı sanksiyaların tətbiq olunması inanılmazdır".

Politoloq bildirib ki, Ermənistan son proseslərdən nəticə çıxarmalıdır:

"Başa düşdüyümə görə, Rusiya tərəfindən müəyyən təkliflər var. Bu təkliflər nəticəsində həqiqətən erməni tərəfi Azərbaycan torpaqlarından çıxmaq istiqamətində addımlar atacaqsa, əlbəttə, biz buna normal baxacağıq. Lakin əgər bizə yenə şərtlər qoyulacaqsa, təbii ki, biz bundan imtina edəcəyik. Artıq həm Rusiya, həm digər dövlətlər başa düşür ki, Azərbaycan buna uzun illər ərzində dözümlü yanaşmayacaq. Bu danışıqlar hansısa bir nəticələrə gətirməli və Ermənistan bundan nəticə çıxarmalıdır".

Tarix
2016.04.09 / 08:30
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla