Yuxarı

Baydenin Bakıya məktubunun “gizli tərəfi”… - Klaçkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baydenin Bakıya məktubunun “gizli tərəfi”… - Klaçkov

ABŞ İrəvanla sülh sazişinin imzalanması məsələsində Ermənistana və Qərbə sərfəli şərtlərlə Bakıya təzyiq göstərməyə çalışır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaçkov “Moskva-Bakı”ya müsahibəsində deyib.

"Baydenin məktubu noyabrda Azərbaycanda keçiriləcək BMT-nin iqlim konfransı ilə bağlı Bakının sülhsevər addımlar nümayiş etdirmək imkanından bəhs edir. Sual olunur ki, bunları yalnız Bakı nümayiş etdirməlidir? Birtərəfli mövqe kimi görünür. Azərbaycan prezidentinin ABŞ-ı mütəmadi və güclü tənqidi fonunda Baydenin sülh sazişinin tezliklə imzalanması ilə bağlı təklifləri şübhə doğura bilməz. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz", - politoloq bildirib.

Klaçkovun fikrincə, Vaşinqton başqaları ilə didaktik şəkildə ünsiyyət qurmağa çalışır:

"Birləşmiş Ştatlar dünyanın dəyişdiyini heç vaxt başa düşməyəcək. Lakin Vaşinqtonun davranış modeli eyni olaraq qalır. Amma Azərbaycanda hakimiyyətdə ağıllı adamlar var. Və Bakıda ABŞ-ın addımlarının arxasında gizlənən hər şeyi görürlər".

Tarix
2024.10.23 / 11:19
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla