Yuxarı

Vətən müharibəsində ən ağır döyüşlərdən biri... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən müharibəsində ən ağır döyüşlərdən biri... - Ekspert

Azərbaycan Ordusu Qubadlı rayonunda Ermənistan silahlı qüvvələrinin xeyli sayda silah-sursat və hərbi texnikasını ələ keçirib.

Axar.az xəbər verir ki, bu sözləri Report-a hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsində ordumuz əsasən Araz çayı boyunca hərəkət edərək İranla sərhədimizi bərpa edib:

"Bundan sonra qarşıdakı hədəf Qubadlının işğaldan azad olunması idi. Düşmən 27 il ərzində burada möhkəmlənmişdi. Rayon ərazisində strateji əhəmiyyətə malik bir neçə yüksəklik var idi. Bu yüksəkliklərdən biri də Qartız dağıdır. Yüksəklik azad edildikdən sonra Qubadlı şəhərinin azad olunması istiqamətində əməliyyatlar başladıldı. İkinci Qarabağ müharibəsində ən ağır döyüşlərdən biri də Yazı düzü istiqamətində olub. Düşmənin buradakı qüvvələrinə ciddi zərbələr endirilib".

Hərbi ekspertin sözlərinə görə, Qubadlı işğaldan azad olunduqdan sonra Laçın yolunun azad olunması istiqamətində hərəkətə keçilib. O bildirib ki, bundan sonra Şuşanın işğaldan azad olunması istiqamətində addımlar atılıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı rayonunu işğalçılardan azad edərək Azərbaycanın üçrəngli bayrağını həmin ərazilərdə dalğalandırıb.

Həmin vaxt Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.

Tarix
2024.10.25 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla