Bir təşkilat kimi fəaliyyət
sferamız artırılıb. İndi fəaliyyətimizlə əlaqədar nanotexnoloji
sənədlərin, qanunların və s. dövlət qeydiyyatından keçməsi
mərhələsindəyik ki, fəaliyyətə başlayaq.
Report xəbər
verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının
sədri Məleykə Abbaszadə ANS TV-yə müsahibəsində deyib.
Məleykə Abbaszadə bildirib ki, bu il keçiriləcək imtahanlarda
heç bir yenilik olmayacaq:
"Cənab prezidentin də fərmanında da qeyd olunub ki, Dövlət
İmtahan Mərkəzi dövlət qeydiyyatına alınana qədər iki təşkilat öz
fəaliyyətini, vətəndaşlara göstərdikləri xidməti davam etdirəcək.
Bizim yüz minlərlə insana xidmət göstərdiyimizi nəzərə alsaq,
imtahan verən şəxslər hansı yeniliklərlə qarşılaşacaqları ilə
maraqlanırlar. Bu il onlar üçün heç bir yenilik olmayacaq".
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri qeyd edib
ki, mərkəz paralel olaraq inteqrasiya proseslərini də
başlamalıdır:
"Çünki Dövlət İmtahan Mərkəzində yüksək texnologiyalardan
istifadə edən iki idarə birləşib. Bizim mərkəz dövlət
qeydiyyatından keçəndən sonra hansı departamentlərin qalacağı,
hansıların birləşəcəyi məlum olacaq.
İşçilər arasında müəyyən ixtisarlar ola bilər. Eyni paralel işi
həyata keçirən insanlar ola bilsin, ixtisar edilsin".