Yuxarı

Paşinyanın məxfi planı üzə çıxdı: Bakı oyunu pozmalıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın məxfi planı üzə çıxdı: Bakı oyunu pozmalıdır

Nikol Paşinyanın planının şifrələri bəlli olmağa başlayır. O, əvvəlcə hökumətin iclasında Ermənistanın Avropa Birliyinə daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiq edir və parlamentə göndərir, ikinci mərhələdə İrəvanla Vaşinqton arasında məxfi şəraitdə hazırlanan strateji tərəfdaşlıq sazişi imzalayır. Yəqin növbəti mərhələ Ermənistanın rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi olacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın ABŞ-a səfəri və Amerika ilə strateji tərəfdaşlıq sazişinin imzalanacağı haqda məlumatı şərh edərkən deyib.

“İrəvan Brüssel və Vaşinqtonla strateji tərəfdaşlığı gücləndirməklə özünü Rusiya təhlükəsindən sığortalamağa çalışır. Ermənistan hökuməti Brüssel və Vaşinqtonla yaxınlaşmaqla eyni zamanda AB və ABŞ-ın Azərbaycanla əlaqələrinə mənfi təsir etməyə çalışacaq. İrəvanın bu oyununu pozmalıyıq. Rəsmi Bakının Brüssel və Vaşinqtonla münasibətlərindəki mövcud suallara rəğmən, ABŞ və AB ilə dialoq kanallarını açıq tutmalıyıq”, - politoloq qeyd edib.

Tarix
2025.01.14 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla