Yuxarı

İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır!

Azərbaycan və Ermənistan arasında sərhəd bölgələrində delimitasiya və demarkasiya prosesi davam edir. Prosesin bu mərhələsi, gözlənildiyi kimi, Qazax bölgəsindən başladı. Bu qərar həm siyasi, həm də praktiki baxımdan gözlənilən idi, çünki Qazax və Naxçıvan ərazilərində Azərbaycanın anklav kəndləri mövcuddur.

Bu sözləri Axar.az-a QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

Onun sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsinin ikinci mərhələsində Kərki məsələsi ilə bağlı diqqətçəkən məqamlar var:

“Delimitasiya və demarkasiya çərçivəsində artıq Qazax bölgəsindəki dörd kənd Azərbaycana qaytarılıb. İndi isə digər kəndlərin də Azərbaycana qaytarılması prosesi davam edir. Prezident İlham Əliyev daha əvvəl mətbuata verdiyi açıqlamada bu prosesin iki mərhələdən ibarət olduğunu vurğulamış və ilk mərhələnin həyata keçirildiyini bildirmişdi.

Hazırda ikinci mərhələnin Qazaxdan başlayaraq İran sərhədinə qədər davam etməsi gözlənilir. Bununla yanaşı, Zəngəzur dəhlizi məsələsinin bu prosesdən ayrıldığı ehtimal edilir. Prosesin nəticəsində Azərbaycanın Zəngilandan keçən sərhədlərinin bərpa edilməsi planlaşdırılır, lakin Kərki ilə bağlı məsələ hələlik son mərhələ olaraq qalır”.

Ekspertlərin fikrincə, Kərkidən keçən yolun Ermənistanın İranla əlaqəsində mühüm rol oynaması Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin daha geniş kontekstdə davam etdiriləcəyini göstərir. Beləliklə, Kərki məsələsi Zəngəzur dəhlizi ilə paralel şəkildə müzakirə oluna bilər.

Tarix
2025.01.18 / 07:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla