Yuxarı

Azərbaycanlılara qarşı “kürd ssenarisi”: Pezeşkian da gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılara qarşı “kürd ssenarisi”: Pezeşkian da gəldi

İran Prezidenti Məsud Pezeşkian Urmiya gölünə gedib və gölün qurumasına qarşı tədbirlər görüldüyünü açıqlayıb. Urmiyada Tehranın idarəçiliyi ilə baş tutan “kürd separatizmi” ərəfəsində Pezeşkianın səfəri azərbaycanlılara “müsbət mesaj” kimi görünür.

Bunun fonunda İranın hüquq-mühafizə orqanları Urmiyada baş verənləri - azərbaycanlıların həbsini “İslam inqilabına qarşı sui-qəsdin qarşısı alındı” kimi təqdim edirlər. İran mediası isə baş verənləri “pantürk fitnəsi” adlandırır, hətta hadisələrin arxasında Türkiyənin olmasına dair iddialar da gözə dəyir. Və maraqlıdır ki, kürdlər də tam müdafiə olunmur, onlar arasında bəzi “etnik qarşıdurma yaratmaq” istəyənlərin olduğu irəli sürülür.

Bütün bunlar – azərbaycanlılarla kürdlərin qarşıdurması ssenarisi İranın bütün qrupları mərkəzi hakimiyyətdən asılı vəziyyətə salmaq məqsədi daşıyır. Tehran rejimi üçün ən qorxulu ssenari etnik qrupların, xüsusilə sayları çox olanların – azərbaycanlılar, kürdlər, bəluclar və ərəblərin birləşməsidir. Bu qruplar milli kimlik üzərində ziddiyyətli mövqedə olsalar da, rejimə qarşı birləşmək perspektivi hər zaman aktualdır. 2022-ci ildə başlanan hicab aksiyasında kürdlər və bəlucların birləşməsi də bunun real nümunəsi idi, hərçənd, azərbaycanlıların proseslərə müdaxilə etməməsi rejim üçün “xilas yolu” oldu. Lakin İran ətrafında daralan halqa, xüsusilə Tramp Administrasiyasının gözlənilən addımları rejimi daxildə “parçala, hökm et” siyasətini aktivləşdirməyə məcbur edib.

Urmiyada “kürd separatizmi” planına da bu kontekstdə baxmaq olar:

- Kürdüstan bölgəsində əzilən kürdlərə Güney Azərbaycanda imkanlar yaratmaqla “kompensasiya” edirlər;

- Kürd faktoru ilə bölgədə uzunmüddətli demoqrafik planlar həyata keçirilir: bu, həm də Türkiyəyə qarşı sərhəddə “demoqrafik tampon”un yaradılmasına hesablanıb;

- Etnik qrupların rejimə qarşı birləşmə perspektivinin önü kəsilir, həm də mərkəzi hakimiyyətdən asılılıq gücləndirilir.

Bu ssenari özündə risklər də daşıyır, hərçənd, İran rejiminin seçimi çox deyil.

Tarix
2025.03.26 / 21:01
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bu, Əliyevin liderliyinin bariz nümunəsidir - Vens

Bakıda İranın milli bayramı qeyd olundu

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

Vensin Bakıya səfəri sübut edir ki, ABŞ bilir... - Pol Qobl

Buna görə Əliyevə böyük təşəkkür düşür - Vens

Azərbaycan-İran dövlət komissiyasının iclası keçiriləcək

Xartiya: ABŞ-Azərbaycan əməkdaşlığının 5 əsas məqsədi...

Biz Azərbaycana imkanlar yaradacağıq - Vens

Ərəb Parlamentinin prezidenti Azərbaycana gəldi

Əliyev və Tramp dünyada yeganə liderlərdir ki... - Vens

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla